Brilliant: “Vay, xalq artistinin də ayaqları var imiş…
Bizi izləyin

Tabloid.az

Brilliant: “Vay, xalq artistinin də ayaqları var imiş…

Brilliant Dadaşova ayaqlarından yazan jurnalistləri tənqid etdi

Xalq artisti Brilliant Dadaşova əsəbiləşib.

Tabloid.az xəbər verir ki, buna səbəb xalq artistinin bir müddət öncə Maldiv adalarında çəkdirdiyi şəkillərini sosial şəbəkələrdə paylaşması olub. Belə ki, sənətçi bir ay öncə “Səndən ayrı” adlı mahnısına klipi Hindistanın cənubundakı əsrarəngiz adada çəkdirmişdi. Hətta Maldivdən olan fotolarının bir neçəsini sosial şəbəkədə yayımlamışdı da. Sənətçi haqqında yazılanlara belə münasibət bildirib:

“Vay, xalq artistinin də ayaqları var imiş… O, da Maldivdə, 60 dərəcə istidə, həm də dəniz kənarında, qumun üzərində, qısa paltarla telefonuna şəkil çəkdirə bilərmiş. Olmazdımı ki, “periferiya”dan gəlib, maldivdəkilərə “mədəniyyət” öyrədərdi. Biabırçılıq…

Əziz, bəzi jurnalist qardaşlarımız, soydaşlarımız, ümid edirəm ki, gün gələcək, sizin öz övladlarınız açıq-saçıq geyim “anlayışınız”a güləcəklər. Açıq-saçıq geyim anlayışınıza quzu kəsərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm