Ulduzların diyetoloqu Hadisəni biabır etdi
Bizi izləyin

Tabloid.az

Ulduzların diyetoloqu Hadisəni biabır etdi

Türkiyəli cazibədar müğənni Hadisə ilə ulduzarın diyetoloqu kimi tanınan Şeyda Coşqun arasında qalmaqal yaranıb

Cazibədar müğənni Hadisə ilə ulduzarın diyetoloqu kimi tanınan Şeyda Coşqun arasında qalmaqal yaranıb.

Buna səbəb Hadisənin söylədiyi sözlər olub. “Şeyda Coşqunun yanlış pəhrizi səbəbindən kökəldim” deyən müğənni diyetoloqu özündən çıxarıb.

Şeyda Coşqun Hadisənin iddiasına bu cavabı verib:

“Ağzına yiyəlik edə bilməyən heç nəyə nail ola bilməz. Gərək nəfsini saxlayasan. Buna görə də Hadisə inandığım biri deyildi. Onunla işlədim, bu qədər. Daha sonra heç bir dialoqumuz olmayıb. Mən genetika mütəxəssisi deyiləm. İnsanların bədən quruluşu məni maraqlandırmır”.

Diyetoloq Hadisəni arıqlatdığını, ancaq müğənninin daha sonra yenidən kökəldiyini bildirib:

“Onu arıqlatdım, bikinili fotolarını çəkib sosial şəbəkədə paylaşdı. 6 ay sonra isə “kökəlmişəm” deyə şikayət etməyə başladı. Pəhriz insanın iradə və nəfsindən asılıdır. Niyə kökəldiklərini özləri yaxşı bilirlər”.

Qeyd edək ki, iki qadın arasındakı gərginliyin əsas səbəbi isə Şeydanın keçmiş sevgilisi Ozan Çeliklə Hadisənin bir müddət eşq yaşamaları olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm