Qüsursuz makiyaj üçün üzü doğru kölgələndirməyi öyrənin!
Bizi izləyin

Tabloid.az

Qüsursuz makiyaj üçün üzü doğru kölgələndirməyi öyrənin!

Dünya ulduzlarının makiyajsız hallarını görəndə çox təəccüblənirik və makiyajın insanı dəyişdirib, gözəlləşdirdiyinə inanmağımız gəlmir. Amma bu reallıqdır, doğru makiyaj ən az plastik əməliyyat qədər sizi cavanlaşdırıb, qüsursuz göstərə bilər. Önəmli o

Dünya ulduzlarının makiyajsız hallarını görəndə çox təəccüblənirik və makiyajın insanı dəyişdirib, gözəlləşdirdiyinə inanmağımız gəlmir. Amma bu reallıqdır, doğru makiyaj ən az plastik əməliyyat qədər sizi cavanlaşdırıb, qüsursuz göstərə bilər.Önəmli olan üzünüzün formasını müəyyənləşdirib, sizə uyğun olan makiyajı etməkdir.

Bunun üçün üzü doğru kölgələndirməyi öyrənməlisiniz. Bu yazıdan sonra mükəmməl makiyaj üçün bahalı salonlara pul tökməyəcəksiniz. Öz makiyajınızı özünüz etmək istəyirsinizsə, şəkillərə diqqətlə baxın və məsləhətlərimizi yadda saxlayın.

Üzü doğru kölgələndirmək üçün sizə 1 ədəd tünd rəngli tonal krem və ya korrektor, 1 ədəd dəri rənginizdən 1 ton açıq olan tonal krem, kirşan, haylayter və dəri rənginizə uyğun ənlik lazımdır.

Əvvəlcə üzünüzə açıq rəngli tonal kremi çəkin. Daha üz formanıza uyğun olan şəkildə tünd rəngli korrektorla və haylayterlə kölgələri edin. Kirşanla bu makiyajın qalıcığılığını artırın. Daha sonra ənliyi çəkin.

Makiyajınızı edərkən təqdim etdiyimiz fotoya baxa bilərsiniz. Bir neçə dəfədən sonra qaydaları əzbərləyəcəksiniz. Ən gözəl tərəfi isə budur ki, üz formanız ömür boyu dəyişməyəcəyi üçün, bu makiyajı həmişə tətbiq edə biləcəksiniz.

Tabloid.az

1.Düzbucaq formalı üz

[​IMG]

2.Oval üz

[​IMG]

3. Armuda bənzər üz

[​IMG]

4. Kvadrat üz

[​IMG]

5. Yumru üz

[​IMG]

6.Almaz formalı üz

[​IMG]

7. Ürək formalı üz

[​IMG]

Qeyd edək ki, fotolarda ağ rəng haylayterin, qara rəng korrektorun, çəhrayı rəng isə ənliyin çəkilməli olduğu yeri göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm