Ulduzların şıqlığı festivalın mükafatlarını kölgədə qoydu
Bizi izləyin

Tabloid.az

Ulduzların şıqlığı festivalın mükafatlarını kölgədə qoydu

Ulduzların şıqlığı festivalın mükafatlarını kölgədə qoydu

Kino dünyasının ən qədim festivallarından olan Venesiya beynəlxalq kinofestivalı dünən meksikalı rejissor Alexandro Qonsales İnyarritunun “Bördman” (“Quş adam”) filmi ilə açılıb.

Festival ötən illərdə olduğu kimi Lido adasındakı Kino Sarayında keçirilir. Açılış gecəsində İtaliyanın prezidenti Giorgio Napolitano da iştirak edib.

Festivalın əsas mükafatı – “Qızıl ayı” uğrunda 20 film yarışacaq.

Festivalda azərbaycanlı rejissor Elçin Musaoğlunun “Nabat” filmi “Horizontlar” müsabiqə proqramına daxil edilib.

Türkiyəli rejissorlardan Fatih Akının “The Cut”, Kaan Müjdəçinin “Sivas” adlı filmləri də “Qızıl ayı” uğrunda yarışacaqlar.

Gecədə iştirak edən Maykl Kiton, Edvard Norton, Al Paçino və Emma Stoun kimi ulduzlar qırmızı xalıdan keçərək sevənlərini salamlayıblar.

Xanımların şıqlığı isə mükafatları kölgədə qoyub.

Qırmızı xalıda öz gözəlliklərini və zərifliklərini nümayiş etdirən ulduzlar dəbli geyimləri ilə də hamını heyran qoyublar.

Bir-birindən cazibədar ulduzlardan Emma Stoun və Bianka Balti öz gözəllikləri ilə daha çox ön planda olublar.

Ana tərəfdən azərbaycanlı olan məşhur model Bianka Balti xüsusilə də üz gözəlliyini vurğulayan makiyajı və möhtəşəm sırğaları ilə diqqət cəlb edib.

Festivalın açılşında iştirak edən xanımların demək olar ki, hamısı maksi geyimlərə üstünlük veriblər. Ən favorit rəng isə qara və bej çalarları olub.

Ancaq mavi və çəhrayı rəngdəki geyimlər də ulduzların seçimləri arasında olub.

Nəzərdən qaçmayan bir digər məqam isə ulduzların açıq-saçıqlıqdan imtina etməsi olub. Xanımlar qırmızı xalıda dekolteləri ilə yox, daha çox sadə gözəllikləri və dəbdəbəli aksessuarları ilə fərqlənməyə çalışıblar.

Saçlarda da təbiiliyə üstünlük verilib. Təbii dalğalı və düz saçlar ulduzların sadəliyini vurğulayıb. Təkcə Bianka Balti gecəyə toppuz saç modeli ilə gəlib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm