Tabloid.az
Zaur Baxşəliyevin videosu yayıldı - Video
Demək olar ki, bütün yayı xaricdə səyahət və istirahətlə keçirən cütlük Zaur və Günay Baxşəliyevlər deyəsən, artıq vətən üçün darıxıblar.
Tabloid.az xəbər verir ki, Zaur Baxşəliyev səfər təəssüratlarını, həmçinin vətən özləmini “İnstagram” bloqunda yazıb:
“Xarici ölkəyə getmək bir evə qonaq olmaq kimidir. Sən yalnız gözləyirsən, gətirənin əlinə baxırsan. Hər şey sənə maraqlı gəlir, amma toxunmaqdan qorxursan, yuxun gəlir, yata bilmirsən, acırsan, yemək istəməyə utanırsan, hətta ayaqyoluna getməyə çəkinirsən... Hər an evinə qayıtmaq və bütün bu ehtiyaclarını yerinə yetirməyi düşünürsən. Sonda çarpayına uzanıb, içindən “oh, şükür sənə, ya Rəbbim” demək gəlir. Bunu qəlbən edirsən, çünki evin sənindir. Sən yalnız öz evində diktə edə bilirsən, öz evinin ağasısan. Başqa sarayın ağası olmaqdansa, öz evinin qulluqçusu olmaq daha gözəldir. Gəzmək olar, amma azmayasan! Vətən ana kimidir! Hər kəsin anası özünə gözəldir. İngilisin də, fransızın da, almanın da anası özünə doğmadır. Biz bütün analara hörmət edirik. Amma öz anamızı SEVİRİK! Hər halı ilə sevirik! Axı o bizim anamızdır. Azərbaycan”.
Zaur bloqunda həmçinin səfər zamanı olduqları məkanlardan çəkdiyi video görüntülərin qısa bir hissəsini də paylaşıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR