Kişinin duruşunu düzəldən geyim
Bizi izləyin

Tabloid.az

Kişinin duruşunu düzəldən geyim

Qadın modası nəinki ilbəil, hər mövsüm dəyişir. Ziyafət geyimləri haqqında də eyni ifadəni səsləndirmək olar. Əfsuslar olsun ki, indi hətta qara kiçik don da əsl modapərəstləri xilas etmir. Moda sevənlərin qarderobunda həmişə yeni, heç kimin görmədiyi gey

Qadın modası nəinki ilbəil, hər mövsüm dəyişir. Ziyafət geyimləri haqqında də eyni ifadəni səsləndirmək olar. Əfsuslar olsun ki, indi hətta qara kiçik don da əsl modapərəstləri xilas etmir. Tabloid.az-ın araşdırmasından məlum olub ki, moda sevənlərin qarderobunda həmişə yeni, heç kimin görmədiyi geyimlərin olması vacibdir.

Kişilərdə isə vəziyyət başqadır. Onların mərasim üçün geyimləri bəlkə də əsrlərdir dəyişmir. Hər şey konkret və aydındır: rəsmi tədbirlər üçün hər bir kişinin qarderobunda smokinq, frak və ya klassik kostyum olmalıdır.

Azərbaycanda frak demək olar ki, heç harada istifadə edilmir. Ona görə də ölkədən kənara gedib-gələn deyilsinizsə, qarderobunuzda bu predmet olmaya da bilər. Lakin Avropada bu geyim qəbul olunur və ən əsası bu gün də geyinilir. Frakın tarixçəsi hərbi formadan - XVIII hələ əsrdən başlayır. Süvari əsgərlər at belində rahat gəzmək üçün mundirin arxa ətəyini bel hissəsində sancaqlayırmışlar. Mundirin rəngli astarı gözəl uyğunluq yaradırdı. Ona görə də qısa müddətdə bu yenilik istifadə edildi.

XVIII əsrin ortasından başlayaraq mülki məmurlar da hərbiçiləri yamsılamaq məqsədilə dal ətəyi kəsikli kamzol (qolsuz qısa kişi paltarı) və ya sürtük (uzun ətəkli kişi pencəyi) geyinirdilər. O zamanlar hərbiçi peşəsi çox dəbdə idi. Həmin dövrlərdə tikiş çox sadə olurdu, müxtəlif bəzək əşyalarından istifadə edilmirdi. Beləliklə də frak gündəlik kişi geyiminə çevrildi. İlkin dövrlərdə frak müxtəlif - qəhvəyi, göy və qara rəngdə olsa da, 1830-cu ildən başlayaraq frak ancaq qara rəngdə geyinilməyə başlanıldı. Lakin o gündən bəri Parisdə yenidən rəngli frakları dəbə salmağa çalışırlar.

Frakdan fərqli olaraq smokinq mülki cəmiyyətdə vaxtilə isti gödəkcə rolunu oynayıb. Kişilər onu qadınlardan ayrı qalanda, siqaret çəkməyə və ya bilyard oynamağa gedəndə geyinirdilər. XVIII əsrdə siqaret və bilyard otaqları qızdırılmırdı. Siqaretin külünün frakın üzərinə düşməsi qəbul edilməz idi. Bunun üçün də smokinqin xüsusi atlas yaxalığı var idi.

Smokinqin yüksək əyləncə mərasimlərində geynilməyə başlanılması ilə bağlı müxtəlif fərziyyələr var. Onlardan birinə inansaq 1880-ci ildə Monte-Karloda oyuna meyilli kişilər axşam yeməyi üçün geyimlərini dəyişməmək qərarı vermişlər və xanımlar da buna çox biganə yanaşıblar. Digər versiyaya görə bu geyimi dəbə Böyük Britaniyanın baş naziri Benjamin Dizraeli gətirib. Başqa əfsanəyə görə isə smokinqi Uels şahzadəsi dəbə mindirib. Onun üçün ilk smokinqi 1865-ci ildə ingilis dərzisi Genri Pul tikib. Digər fakta inansaq, ABŞ-a ilk smokinqi 886-cı ildə Uelsdə bir dəvətdə olan Ceyms Braun Potter gətirib.

Smokinq bayramsayağı kişi geyim olsa da, o hazırda kişilər üçün həm də ən birinci diplomatik geyim rolunu oynayır. Bu geyimin əyində yaxşı görünməsi üçün beli düz tutmaq və sinəni qabağa vermək lazımdır. Diplomat və kral nəslindən olanlara belə duruş öyrədilir.

Bu geyimin mürəkkəbliyini də unutmaq olmaz. Bütün geyim komplekti 7 mütləq elementdən ibarətdir. İpək və ya atlas yaxalıqlı qara pencək, kənarına ipək lampaslar tikilmiş qara şalvar, ağ hamar və ya plisse edilmiş köynək, qara ipək kəpənək, geniş həcmli qara ipək kəmər və ya qısa jaket, qara corab və qara dəri tufli.

Ağ smokinq bir çox ölkələrdə pis zövqün əlaməti hesab edilir. Lakin isti havası olan ABŞ və Kanada da bu rəngdə smokinqin geyinilməsi qəbul ediləndir.

Smokinqdən fərqli olaraq qara rəngli klassik kostyumu mərasimə geyinmək tövsiyə edilmir. Bu zaman boz və ya nazik xətli göy kostyum geyinmək olar. Əgər mərasim saat 19-da başlayırsa, daha açıq rəngli kostyum da geyinmək olar. Frakın və ya smokinqin, həmçinin kostyumun ən vacib göstəricisi odur ki, o yüksək keyfiyyətli zərif parçadan tikilməlidir. Əlbəttə ki, kostyumun əyində yaxşı oturması da az əhəmiyyət kəsb etmir. Əyilmiş bel və ayaqlarını sürtə-sürtə yermək istənilən kişi geyiminin görünüşünü və ətrafdakıların sizin haqqınızdakı yaxşı fikirlərini poza bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm