• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadının sinə dekoltesi əslində nəyi bildirir?

Qadının sinə dekoltesi əslində nəyi bildirir?

Sən demə, qadınların geyimlərindəki dekoltelər onların daxili dünyasını izah edir.

Amerikalı psixoloq Cennifer Baumgartner qadınların daxilində gizlənən arzu və ehtiraslarının geyindikləri geyimdə bəlli olmasını yeni kitabında izah edib.

Professorun fikrincə, geyimlərində sinə dekoltesinə üstünlük verən qadınlar, həyatlarına nəzarət edən güc axtarışında olurlar.

Psixoloq bildirib ki, geyimlərini həddindən artıq aksessuarlarla bəzəyən qadınların özünə inam əskikliyi olur.

Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə qadınlar zinət əşyaları və dekolte ilə özlərinə qarşı diqqət çəkməyə çalışırlar. “Geyindiklərimiz daxili dünyamızda olan hər şeyi xaricə əks etdirən güzgü kimidir. Duyğular və düşüncələr yataq otağındakı dolabda gizli qala bilər. Sadəcə, hiss etdiklərinizi geyimlərinizə gətirməlisiniz”.

Baumgartner hesab edir ki, ofisdə köynəyinin yaxasını yuxarıya qədər bağlayan qadınlar müdirlərinə ciddi və çalışqan olduğunu sübut etmək istəyirlər. Lakin qeyd edək ki, bu ilin dəbində ciddi, klassik və düymələri yuxarıya qədər bağlanmış köynəklər öz yerini möhkəmlədib.

Həmçinin gənc və yaşlı qadınlar bir-biri ilə qarşı-qarşıya qoyulub. Çox qısa ətəkdə bayıra çıxan qadınlar ətrafdakıların diqqətini çəkmək istədiyi mesajını ötürür. Yaşlı qadınlar isə yaşını inkar etmək üçün qısa geyimlərdə küçəyə çıxırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR