Növbəti “Türkvision” festivalı başlayır
Bizi izləyin

Tabloid.az

Növbəti “Türkvision” festivalı başlayır

Növbəti “Türkvision” festivalı başlayır

V “Türkvision” mahnı festivalı keçiriləcək.

TRT-nin Bakı təmsilçiliyinin mətbuat xidmətindən Tabloid.az-a verilən məlumata əsasən, Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Türk dili Sözlü Musiqi Festivalında 22 ölkə iştirak edəcək.

Türk dünyasından gələn 22 ölkənin məşhur sənətçiləri, öz ölkələrində tanınan mahnılarını bu dəfə türk dilində səsləndirəcəklər. Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin birgə təşkil etdiyi festival 10, 11 və 12 sentyabr tarixində şəhər konsertlərilə başlayır.

Festivalın qala gecəsi isə sentyabrın 13-də “TRT Müzik” kanalında canlı yayımlanacaq. Gecənin finalında Rafet El Roman və Ezo canlı performansla izləyənlərə xoş anlar bəxş edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm