Azərbaycanlı bəstəkar Türkiyədə mükafat aldı – Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkar Türkiyədə mükafat aldı – Fotolar

Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyədə “Türk Dünyası Hizmet Ödülü” mükafata layiq görülüb.

Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyədə “Türk Dünyası Hizmet Ödülü” mükafata layiq görülüb.

Bu haqda Tabloid.az-a məlumat verən bəstəkar bildirib ki, Ankarada Kərkük Mədəniyyət Dərnəyinin qonağı olub. O, Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə vermiş olduğu xidmətlərinə görə, Kərkük Mədəniyyət Dərnəyi tərəfində “Türk Dünyası Xidmət Mükafatı” ilə təltif edilib.

Qeyd edək ki, mükafatlandırma mərasimi Ankara Etimesgut Bələdiyyəsinin hər il təşkil etdiyi Beynəlxalq Anadolu günləri Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində baş tutub.

S.Tofiqqızına mükafat Kərkük Mədəniyyət Dərnəyi Başçısı Dr. Şəmsəddin Küzeci tərəfindən təqdim edilib.

Onu da deyək ki, bəstəkar Sevinc Tofqqızı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin dəstəyi ilə Türkiyəyə yola düşüb.

Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Türkiyə və Atatürk heyranı olaraq Türkiyədə bir sıra yerlərinin ziyarət edəcək. Azərbaycan ilə Türk dünyası mədəniyyətinin inkişafı üçün yeni layihələrə imza atacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm