• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bədən susuz qalarsa nələr baş verər?

Bədən susuz qalarsa nələr baş verər?

Yağıntının az olması səbəbi ilə əkinçilik sahələri başda olmaqla bərabər bütün həyatı təhdid altına alan susuzluq, kifayət qədər su içməyən insanlarda narahatlıqlara gətirib çıxarır. Gün ərzində orta hesabla 8 stəkan su içilməsi lazım olduğu halda bədənimiz 10 stəkan su itirir.

İnsan beyninin 75, qanının 92, əzələlərin 75, sümüklərin isə 22 faizi sudan ibarətdir. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, insan bədəni susuz qaldığı təqdirdə ciddi fəsadlar yarana bilər. Kifayət qədər su içməmək 11 narahatlığa gətirib çıxarır.

Bədən susuz qaldığı təqdirdə nələr baş verir?

Kökəlmək: Susuz qaldıqda bədən aktiv şəkildə toksinləri böyüdür və yağ hüceyrələrinin içində gizlədir. Bədən fəal şəkildə toksinləri aradan qaldıra bilmir və yağ hüceyrələrinin tərkibində saxlayır. Əgər bədən toksinləri təhlükəsiz şəkildə ata bilmirsə, deməli yağ hüceyrəsi azad olmayacaq.

Vaxtından əvvəl qocalma: Xroniki olaraq bədən sussuz qaldığı zaman orqanlar, hətta bədənin ən böyük orqanı dəridə qırışlar yaranır. Dolayısı ilə erkən yaşlanmaya gətirib çıxarır.

Yorğunluq: Su bədənin ən əhəmiyyətli enerji mənbəyidir. Dehidratasiya (susuzlaşma) bədəni yavaşladan fermentativ fəallığa (enzimatik) səbəb olaraq yorğunluq və halsızlığa gətirib çıxarır.

Astma və allergiya: Susuzlaşmaya məruz qalan bədən suya qənaət etmək üçün hava yollarını daraldır. Siz daha susuz qaldığınızı hiss etmədən histamin (qüvvətli damar genişləndirici maddə) bu vəziyyətin fərqinə varır və sekresiyasını (şirəsini, ifrazatını) artırır.

Dəri problemləri: Susuzlaşma dəri yolu ilə toksinlərin atılmasını da pozur. Hər cür dəri probleminə müqavimətsiz vəziyyət yaradır (dermatit, sədəf, qırışmalar vəs.).

Yüksək qan təzyiqi: Bədən normal vəziyyətdə tam olaraq su ehtiyacını ödədiyi təqdirdə qanın 92 faizi duru olar. Bədənin susuz qaldığı vaxtlarda isə qan qatılaşaraq qan dövranı əsnasında müqavimətə səbəb olur. Bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir.

Yüksək xolestrol: Bədən susuz qaldığı təqdirdə xolestrol səviyyəsini artıraraq hüceyrədən daha çox su itkisinin qarşısını almağa çalışar.

Həzm pozuntusu: Su və qələvi (kalsium və maqnezium ) mineralların əskikliyi qastrit, xora kimi bir çox həzm sistemi probleminə gətirib çıxarır.

Böyrək və sidik kisəsi problemi: Toksin və tullantı turşu yığımı bakteriyaların inkişafı üçün şərait yaradır. Bu da böyrək və sidik kisəsi iltihabı ilə nəticələnir.

Qəbizlik: Suyun çatışmazlığı, bədənin həlledici funksiyaları üçün su təmin etmək vəzifəsi qalın bağırsağa aiddir. Su kifayət qədər olmadıqda tullantı maddələr bağırsaq daxilində çox yavaş irəliləməyə başlayacaq, bu da qəbizliklə nəticələnəcək.

Oynaq ağrıları və sərtlik: Bütün oynaqların böyük bir hissəsi sudan ibarət olan qığırdaq yastıqcıqları vardır. Bədən susuz qalanda qığırdaq zəifləyir və onların oynaq təmiri zəifləyir, beləliklə ağrı yaranır.

Su haqqında bilməyiniz faktlar

Susuz hiss etdiyinizdə bədəniniz susuz qalmış sayılır.

Yeməkdən əvvəl içilən su tikələrin kiçilməsinə və dolayısı ilə daha asan çəki itirməyinizə kömək edir.

Araşdırmalar zamanı məlum olub ki, əgər insanın il ərzində su istehlakı gündəlik 1,5 litr olarsa, bədən əlavə 17,400 kalori yandıraraq , təxminən 2 kilo yarım azaldır.

Yalnız su içmək lazımdır. Digər istehlak etdiyiniz mayelərin kalorisi və şəkər tərkibi vardır. Yalnız su “sıfır” kaloriya sahibdir. Soyuq su içmək maddələr mübadiləsini sürətləndirir və kalorini azaldır. Sürətlənən metobolizma (maddələr mübadiləsi) effekti ilk 10 dəqiqədə başlayır və 30-40 dəqiqədən sonra maksimum səviyyəyə qalxır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR