Ərəblərdən Məryəmə təklif gəldi – Fotolar
Bizi izləyin

Tabloid.az

Ərəblərdən Məryəmə təklif gəldi – Fotolar

Türkiyənin məşhur jurnalistlərindən olan Cengiz Səmərcioğlu məşhur aktrisa Məryəm Üzərli ilə bağlı yazı yazıb

Türkiyənin məşhur jurnalistlərindən olan Cengiz Səmərcioğlu məşhur aktrisa Məryəm Üzərli ilə bağlı yazı yazıb. Jurnalist yazısında Məryəmin ərəblərlə müqavilə imzalayacağını, aktrisanın yeni serialının ərəb kanalında yayımlanacağını iddia edib.

Cengizin sözlərinə görə, Dubayın “MBC” kanalının səhmlərinin 51 faizi Məryəm Üzərlinin əlindədir.

Jurnalist iddia edir ki, ərəb prodüserlər Məryəmlə əldə etdikləri razılaşmanı böyük bir şouya çevirəcəklər. Onlar bu ayın axırında Məryəmi Dubayda qonaq edəcəklər və dünya mətbuatının nümayəndələrinin də iştirak edəcəyi bir tədbirdə müqavilə imzalayacaqlar. Müqaviləyə görə, Məryəm 42 seriyalıq serialda rol alacaq. Onun nə qədər qonorar alacağı isə dəqiq deyil. Tədbirə türkiyəli jurnalistlərlə yanaşı, Rusiyadan, Latın Amerikası ölkələrindən və ərəb dünyasından da mətbuat nümayəndələri dəvət ediləcək.

300-ə yaxın jurnalistin iştirak edəcəyi tədbir üçün Məryəm Üzərli indidən hazırlıqlara başlayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm