Əli Mirəliyev bıçaqlanmağından danışdı
Bizi izləyin

Tabloid.az

Əli Mirəliyev bıçaqlanmağından danışdı

Tanınmış müğənni Əli Mirəliyevi bıçaqlayıblar.

Tanınmış müğənni Əli Mirəliyevi bıçaqlayıblar.

Müğənni Əli Mirəliyev bıçaqlanmasıyla bağlı dərc olunan xəbərə aydınlıq gətirib.

Mirəliyev belə hadisənin olduğunu təsdiqləyib: “Məni dəfələrlə qorxudub, yolumdan döndərmək istəyiblər. Telefonla açıq və gizli nömrələrdən təhdidlər ediblər. Bir müddət əvvəl də bıçaqladılar. Amma polisə şikayət eləmədim. Ev şəraitində müalicə olundum ki, şikayət edəsi olmayım.

Şikayət etmək mənim tərbiyəmə uyğun deyil”. O, hadisənin necə baş verdiyi barədə bunları deyib: “Hadisə bir müddət əvvəl baş verib. Maşınımla gedirəm. İşıqforda dayandım, bir maşın da saxladı. Çiynimdən vurub qaçdılar. Özümü evə birtəhər çatdırdım. Şükür, indi hər şey yaxşıdır, özümü normal hiss edirəm”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm