Uşağın şikəst doğulmasına səbəb olan amillər
Bizi izləyin

Tabloid.az

Uşağın şikəst doğulmasına səbəb olan amillər

Uşağın şikəst doğulmasına səbəb olan amillər

Uşağın anadangəlmə qüsurlu doğulması bir neçə səbəbdən ola bilər. Onlardan ən önəmli səbəblər isə aşağıdakılardır:

• Ata və ya anada hər hansı bir genetik xəstəliyin mövcud olması. Bu xəstəlik xromosomlar vasitəsi ilə uşağa keçir və nəticədə uşaq qüsurlu doğula bilər. Bu hallar əsasən, qohumlar arasında olan evliliklərdə daha çox rast gəlinir. Bu səbəbdən qohumlar arası evlilikdən mümkün qədər uzaq durmaq məsləhət görülür.

• Digər bir səbəb isə hamilə zamanı ananın körpənin sağlığına zərər verə biləcək olan dərmanlardan, tərkibində kofein, spirt olan içkilərdən, habelə narkotik maddələrdən istifadə etməsidir.

• Hamiləliyin ilk 3 ayında ananın rentgen şüalarına məruz qalması və ya su çiçəyi, qrip, qulaqdibi kimi xəstəliklərə tutulması, genlərdə yaranan problemlər də uşağın anadangəlmə qüsurlu doğulmasına səbəb ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm