• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı meyvə

Təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı meyvə

Ən dadlı qış meyvələrindən biri naringidir. Artıq yavaş-yavaş piştaxtalarda görməyə başlayan bu meyvənin faydalarını sizinlə bölüşməyə qərar verdik.

Şirin, sulu və xoş qoxulu olan bu meyvəni möcüzə adlandırmaq yerinə düşərdi. C vitamini baxımından zəngin olan naringidən gün ərzində 2-3 ədəd yesəniz, qış aylarını qripə yaxalanmadan yola verə bilərsiniz.

Naringinin tərkibində həmçinin A və B vitaminləri, kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor mineralları var. Bu isə o deməkdir ki, naringi qanı təmizləyəməyə və daha sağlam ürəyə sahib olmağınıza kömək edə bilər.

Naringinin qabığında P vitamini var. Onun xoş qoxusu da elə bu vitamindən qaynaqlanır. Naringinin qabığını rəndələyərək kekslərə və şirniyyatlara ləzzət verə bilərsiniz. Bu, həm də xolesterolu və yüksək təzyiqini salmağa kömək ola bilər. Gündə 3 ədəd naringi yeyənlərin yüksək təzyiq şikayətləri azalır.

Damar sərtliyindən əziyyət çəkənlər bu meyvəni gündəlik menyularına əlavə etməlidirlər.

Naringi həm də əsəbləri sakitləşdirir. Qoxusu depressiyaya qarşı təsirlidir. Axşam saatlarında naringi yesəniz, yuxuya daha rahat gedərsiniz.

İmmunitet sistemini gücləndirən bu meyvənin həm də yaddaşı gücləndirib, iştahı açdığı da məlumdur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR