Sobada göbələkli kartof – Resept
Bizi izləyin

Tabloid.az

Sobada göbələkli kartof – Resept

Tabloid.az sobada tərəvəzlərdən hazırlanan göbələkli kartofun reseptini təqdim edir:

Tabloid.az sobada tərəvəzlərdən hazırlanan göbələkli kartofun reseptini təqdim edir:

İnqrediyentlər:

1,3 kq kartof

0,6 kq göbələk

200 qram xama

2 pomidor

200 qram pendir

Duz, istiot, göyərti zövqə görə

Hazırlanma qaydası:

Təmizlənmiş kartofu nazik həlqə formasında doğrayın. Göbələklərin ayaq hissəsini şlyapadan ayırın, doğrayın və bu ərzaqları qarışdırın. Duzlayın, xama əlavə edib qarışdırın. Ərzaqları soba tavasında 200 dərəcədə bişirin.

Göbələyin şlyapa hissəsini duzlayın, xama və ya mayonez vurun.

Xırda kub formasında doğranılmış pomidor və pendiri göbələyin içərisinə yığın.

Kartofu sobadan çıxardın, üzərinə 100-150 qram isti su və ya bulyon əlavə edib göbələkləri 30-35 dəqiqə bişirin.

Süfrəyə verəndə üzərinə göyərti səpə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm