Tabloid.az
Payızın yeni saç rəngləmə trendi - Fotolar
Yeni tendensiya: Saçların yumşaq tonlarda bir-birinə keçidi
Saç rəngləmədə tendensiyalar təkamül edir və sürətlə bir-birini əvəz edir. Ombre dəbinə yenicə alışmışdıq ki, o öz aktuallığını itirərək bizi tərk etmə ərəfəsindir. Belə ki, ombre dəbi yerini yeni sombre dəbinə verməyə hazırlaşır. Görəsən, bu sombre nədir və öz sələfindən nə ilə fərqlənir?
Bu saç rəngləmə üsulu Hollivudun gözəllik salonlarında doğulub. Burada müştərilər ustalarına saçlarını çox yumşaq, zərif tonlarda açmağı xahiş edirlər. “Soft, subtle ombre”, ingilis dilindən tərcümədə yumşaq, zərif mənasını verir. Və yeni tendensiyanın adı beləcə yaranır.
Ombredən fərqli olaraq sombre tünd saçların bir-birindən açıq tonlara keçidi deyil, saçın rəngindən çox da seçilməyən, yaxın və yumşaq tonlarda rənglənməsidir. Ombredə iki rəng sərhəddi açıq şəkildə görünə bilər, sombredə isə keçid fərqi çox cüzi və təbii hiss olunmalıdır. Təbii ki, daha təbii görünən tendensiya ümumi fonda qalib gəlir.
Sombredə iki rəng fərqi tənzimlənir, güclə sezilən işıq effekti verir. Saç dibləri saç uclarından bir balaca tünd ola bilər.
Ombre saç trendindən əsasən, qarayanız xanımlar istifadə edirdi. Sombredə isə sarışın xanımlar da yeni tendensiyadan bəhrələnə biləcəklər. Saç ucları çox yumşaq şəkildə açılır, bu zaman sarışın saçlar günəş altında yanıb külə dönmüş kimi görünməyə başlayır.
Ombre ilə sombrenin fərqi bununla bitmir. Əgər ombre daha çox gənc qızlar üçün uyğun idisə, sombre dəbindən yaşlı xanımlar da yararlana biləcəklər. Ombredə rəng təzadı kəskin şəkildə bilindiyi üçün yaşlı xanımlar bu dəb özünə rəva bilmirdi. Lakin sombre sayəsində aktrisalar öz yaşından xeyli cavan görünürlər.
Sombre dəbi artıq dünya ulduzları arasında dəbə minməyə başlayıb. Məhz sombre texnologiyası sayəsində ilk baxışda saçlarda günəş altında təbii yanıb külə dönmüş effekti nəzərə çarpır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR