• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İrina Şeyk kişiləri ələ keçirməyin yollarından danışdı – Fotolar

İrina Şeyk kişiləri ələ keçirməyin yollarından danışdı – Fotolar

Futbolçuların əksəriyyəti yaraşıqlı, modellərin isə çoxu cazibədardır. Elə buna görə də bu iki peşə sahibləri sevgili olurlar. Söhbəti əbəs yerə futbolla başlamadım. Son zamanlar haqqında xoşagəlməz söhbətlər gəzən futbolçu Kristiano Ronaldonun sevgilisi İrina Şeykin birdən-birə məşhur olmasını çoxları futbol ulduzu Kristiano Ronaldonun adı ilə də bağlayırlar. Lakin əldə etdiyi məşhurluğa layiq olmadığını demək haqsızlıq olardı. Modelin boyu 178 sm, Bədən ölçüləri isə 88, 60, 90-dır.

Bu yaxınlarda Bakımızın da qonağı olan zümrüd gözlü, təbəssümü ilə qəlbləri isidən İrina Şeyk dünyanın ən cazibədar qadınlarından biri sayılır. İrina son dərəcə nadir gözəlliyindən əlavə, çox şən və ünsiyyətcil xanımdır. Ulduzun müsahibələrdəki səmimi və açıq mühakimələri göstərir ki, o, sadəliyi ilə kifayət qədər müdrik qadındır. Bu isə rus xanımlarının ikinci əsas özəlliyidir. Tabloid.az “9 don” layihəsi çərçivəsində bu həftə İrina Şeykin Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir:

İrina bu müsahibədə ideal kişi cazibəsindən, bütün qızları maraqlandrıan mövzularda, həmçinin kişilər üzərində hakimiyyəti ələ keçirmək kimi mövzulardan danışıb.

Məşhur futbolçu Ronaldonun sevgilisi İrina Şeyk 1986-cı ildə Rusiyada dünyaya gəlib. Anası rus, atası isə tatar olduğuna görə modelin braziliyalı olduğunu düşünənlər də var. İrina hər zaman qeyd edir ki, qeyri-adi xarici görünüşü atasına borcludur, gözləri isə anasının gözlərinə bənzəyir.

- Sizi dünyanın ən gözəl qadınların biri adlandırılar...

- Mən heç də belə düşünmürəm. Əlbəttə ki, məni gözəl model hesab etmələri, qızların çoxunun məni təqlid etməsi çox xoşdur. Mən bunu yüksək keyfiyyət kimi qiymətləndirmirəm, ikinci isə mən kompliment qəbul etməyi bacarmıram, dərhal narahat oluram, utanıram. İnanın səmimiyyətimə, mən digər qızlardan çox fərqli göründüyümü düşünmürəm. Səhərlər yuxudan oyanıb güzgüyə baxanda oradakı əksim məni həmişə sevindirmir. Belə dəqiqələrdə öz üzərimdə işləməli və təkmilləşməli olduğunu fikirləşirəm. Əgər bir qadın kifayət qədər gözəl olduğu zənn edib, daha heç nəyə ehtiyacı olacağını düşünərsə, o gün həmin qadının sonu olacaq. İnsan bütün məsələlərdə özünü inkişaf etdirməli və ardınca getməlidir, buraya özünə qulluq da daxildir.

- Modellik peşəsini seçdiyinizə görə yəqin ki, gözəl olduğunuzun fərqində idiniz.

- Yox! Məktəbdə mənim xarici görünüşümlə bağlı çoxlu xoşagəlməz zarafatlar edirdilər. Modellərin çoxunun başına gələn klassik hadisə: mən çox arıq, uzun olduğum üçün oğlanların diqqətindən kənarda qalmışdım. Yəni, əks cinsin nümayəndələri arasında şöhrətim yox idi. Giya Cikidze məni ilk dəfə kəşf edib Parisə moda həftəsinə aparmaq istəyəndə çox təəccüblənmişdim. “Məgər məni cəlbedici edən xüsusi nə isə var? Mən həqiqətən də gözələm?” kimi suallarla qarşı-qarşıya qalmışdım. Lakin Parisdə modelliyə başlayan yarıac qızları görəndən sonra bu barədə ümumiyyətlə düşünmürdüm. Öz cəlbediciliyimi təcrübə ilə, yalnız peşəkarcasına inkişaf edəndən sonra dərk etdim.

- Bəs siz kimləri gözəl hesab edirsiniz?

- İndi xarici görkəmə o qədər də fikir vermirəm, məni qadının içinin boş olmaması daha çox maraqlandırır. Hərçənd, etiraf edim ki, Rusiyada milyonlarla gözəli görəndə heyrətlənməkdən özümü saxlaya bilmirəm. Əgər söhbət tanınmış qadınlardan gedirsə, mənim üçün Ancelina Colinin gözəlliyi valehedicidir. Onun bu qədər güclü və atəşli olduğu göz qabağındadır. Colinin nüfuzu qüsursuz deyil, lakin o, çox fəal xeyriyyəçiliklə məşğul olur, müxtəlif layihələr həyata keçirir. Və ya Elizabet Teylor ola bilər. O, təkcə gözəl deyil, həmçinin daxilən enerji dolu qadın idi. Bir sözlə, qəhrəman və fəal qadınlar mənim xoşuma gəlir. Lakin mənim gözəllik və əxlaq etalonum - nənəmdir. Bu unikal qadın 19 yaşında olanda Vətəni qorumaq üçün cəbhəyə yollanıb.

- Moda sahəsində çalışan qızların çoxu arıq və incə olmağa can atır, amma kişilər Monika Belluççi və Skarlet Yohanson, Kim Kardaşyanı çox bəyənirlər. Sizcə kişilərin xoşuna gəlmək üçün necə geyinmək və davranmaq lazımdır?

- Bilirsiniz, mən də forması olan qızların pərəstişkarıyam. Qızların sinəsi və yaxşı bədəni quruluşu olmalıdır. Mən dəhşətli arıq olmamışam, pəhriz saxlamıram, amma hesab edirəm ki, yeməklə özün arasında balansı qorumaq və idman etmək lazımdır. Deyəsən, mən də kişilər kimi həddən artıq arıq qızları xoşlamıram, çünki sizin saydığınız bu formalar həqiqətən də cazibədar və gözəldir. Onları seksual adlandırmaq olar, kişilər küçədə bu cür qadın görəndə çevrilib heyranlıqla baxırlar.

Mənə elə gəlir ki, kişilər həmçinin silikon və tonlarla makiyaj deyil, daha çox təbiiliyə üstünlük verirlər. Nəticə etibarı ilə siz hansı kişinin yanında səhərlər yuxudan kirpiklərdə tuş, ayağınızda isə “Louboutin” brendi olan ayaqqabıda oyanacaqsınız ki?!

tabloid.az

- Bir halda ki, söhbət Loubtendən düşdü, bilmək maraqlı olardı, siz necə geyinirsiniz, kütləvi mağazalardan geyim alırsınız?

- Gündəlik həyatda rahat geyimlərə üstünlük verirəm. Adi günlərdə məni dikdaban ayaqqabıda və donda görə bilməzsiniz. Çünki iş həyatında bu, mənə kifayət edir. Evdən çıxanda makiyaj etmirəm, saçlarıma xüsusi düzüm vermirəm. Ucuz bir şey alıb bahalı görünmək mümkündür. Geyindiyiniz libasın, ayaqqabının qiyməti vacib deyil, əsas onun içində sizin özünüzü necə hiss etməyinizdədir. Mən brendləri kombinə etməyi sevirəm. Ən sevimli brendim isə “Givenchy”-dir, çünki Rikardo Tişi dahidi. Bir də “Dior”-u bəyənirəm. Amma bəzən vintaj mağazaya girib 3 dollara da nəsə ala bilərəm. İnsanlar isə deyəcəklər:"Vay, bu nədir belə?"

- Amerikada qadınlar daha çox plastik əməliyyat etdirirlər. Avropada isə öz insanlar zahirinə qarşı daha mərhəmətli davranır. Bəs siz bu barədə nə düşünürsünüz?

- Mən heç kimi qınamıram, hər kəs özü bilər, amma şəxsən plastik əməliyyata qarşıyam. Hərçənd çoxları dodaqlarımın silikon olduğunu iddia etsə də, bu vaxta qədər xarici görkəmimdə heç bir dəyişiklik etməmişəm. Bunu eşitmək mənə gülməli gəlir. Çünki özüm təbii gözəllik aşiqiyəm. Qocalıqla mübarizdə digər üsullara əl atıram, özünə qulluq, idman, masaj və.s. Əlbəttə, “Heç vaxt heç vaxt demə” məsəli də var. Hələlik isə belə düşünürəm.

- Siz deyirsiniz ki, gözəl olmaq üçün öz üzərində çox işləmək lazımdır. Bunu necə edirsiniz? Bəlkə hansısa özəl vasitələr, proseduralar və ayinlər var?

- Hər səhər üzümü və boynumu buz kubiklə silirəm. Bunu mənə anam öyrədib. Evdən heç zaman qoruyucu faktorlu kremlər çəkmədən çıxmıram. Rus qadınları niyə belə gözəldir? Çünki biz soyuq su ilə yaşayırıq! İspanlar və italyanlar başqa iqlimdə yaşadığı üçün onların dəriləri tamam fərqlidir. Çoxlu su içirəm, yalnız ilıq su, çünki orqanizm soyuq suyu qəbul etmir. Mən 2 həftədən bir üz üçün olan kremləri dəyişirəm. Qətiyyətlə inanıram ki, əgər dəri kremə alışırsa, onda o effektsiz olur. Həmçinin Nyu-Yorkda daim rus hamamına gedirəm. Bizim rusların sevdiyi bəsit gözəllik ayinlərini – buzla, duzdan skrab hazırlayıram. ХХI əsrdə qadınlar gözəllik arxasınca getmək prosesini olduqca çətinləşdirir. Xüsusən də Rusiyada qadınlar tərkibində kürü olan hansısa kremi almaq üçün külli miqdarda pul xərcləyirdirlər. Bu cür fədakarlığı anlamıram. Mən rusların bəsit və milli adlandırdığı gözəllik ayinlərinə üstünlük verirəm.

- İdeal formada qalmaq üçün nə edirsiniz?

- Son zamanlar boksla da məşğul oluram, çox maraqlıdır. Daim gündəmdə olduğumuz üçün üzərimizdə mənfi enerji çox olur. Ondan xilas olmaq və əhvalı qaldırmaq üçün boks əla üsuldur. Həmçinin plateslə məşğul oluram və qaçıram. Formada qalmaq üçün özünə uyğun olan məşqi seçməlisən. Yaxud şopinqə hərdən piyada gedə bilərsən. Mağazaları gəzib geyim seçmək də bir məşqdir.

tabloid.az

- Bu gün siz reklamlara dəvət alarkən özünüzə onlar arasında seçim aparmağa icazə verirsiniz? Siz öz layihələrinizdən hansıları ilə də fəxr edirsiniz?

- Dediyim kimi, Rusiyada çox az işləyirəm. Lakin şadam ki, bu gün mən ən avropalılaşdırılmış rus brendi – “Love Republic”lə işləyirəm. Həmçinin məhz mənim xoşuma gələn qadınları daha seksual edən demokratik brendlərlə işləməyi özümə rəva görməyimdir. Məsələn, bacımın brend olan istənilən geyimi seçmək üçün maddi imkanları var. O isə lüks marka düşkünü olmadığı üçün “Love Republic” tipli demokratik brenddən geyinir. Bu firmanın zərifliyi, seksuallığı vurğulayan geyimləri hamı üçün əlçatandır.

- Vətən haqqında söz düşmüşkən, hazırkı siyasi vəziyyətlə əlaqədar, siz rus olmağınızla fəxr edirsiniz, yaxud bu barədə narahatçılıq keçirirsiniz?

- Əlbəttə, fəxr edirəm! Mənim profilim siyasətdən çox uzaqdır və bu mövzuda olan söhbətləri dəstəkləmirəm. İnsan heç nəyə baxmayaraq, öz köklərini yadda saxlamalıdır. Mən Nyu-York küçələrində bitməmişəm, mən əslən rus kəndindənəm. Mən kartof, xiyar, pomidor əkinçiliyi ilə məşğul olmuşam və bununla fəxr edirəm. Öz uğurumu da ailəmin mənə verdiyi gözəl tərbiyəsi ilə əlaqələndirirəm.

- Soçidə Olimpiadanın açılışında sizə şərəfli rol verildi. Əslində bununla da sizin də rus olduğunuz tamaşaçılarda maksimum əks-səda doğurdu.

- Mən bu təklifi alanda çox xoşbəxt idim. Belə bir təklifdən kiminsə etiraz edəcəyini ağlıma gətirə bilmirəm. Həmişə Rusiyaya töhfə verə bilmədiyim üçün kədərlənirdim, irimiqyaslı, demək olar ki, tarixi layihədə iştirak etmək mənim üçün qürurverici idi. Belə genişmiqyaslı tədbirin yüksək səviyyədə təşkilindən sarsılmışdım. Əlbəttə, nəhəng layihələrdə xırda nöqsanlar tapmaq həmişə mümkündür, amma çox böyük işlər görülmüşdü.

- Sizin “Urqantlı axşam” verilişindəki çıxışınız, teleşounun aparıcısının zarafatlarına verdiyiniz reaksiya çox böyük səs-küyə səbəb olmuşdu. Hətta internetdə geniş müzakirələrdə mənfi şərhlər də bildirmişdilər. Onda nə efirdə baş vermişdi? Siz özünüzü itirdiniz?

- Mən orada iki dəfə iştirak etmişəm və hər dəfə təbii davranmışam. Mən mətni əzbərləyib rolumun öhdəsindən gələ bilərdim. Problem ondadır ki, mən müsahibələri ingilis dilində verməyə adət etmişəm. Veriliş canlı yayımlandığı üçün bəzən mənə düzgün sözlər seçmək çətin idi. Amma gülməli olmasa da, demək istədiyim sözləri deyirdim. Bu, mənim reaksiyam normal idi. Açığı insanların yazdığı mənfi rəylər mənə toxunmur, hamının xoşuna gələ bilmərəm və bunun üçün də çalışmıram. Mən düşündüyümü deyən düz adamam, bu, mənim xarakterimdir və bundan utanmıram.

- Daha çox hansı dildə danışır və hansı dildə fikirləşirsiniz?

- İngilis dilində ideal danışdığımı deyə bilmərəm, amma, işlərimdən dolayı daha çox ingilis dilində danışıram. Dolayısı ilə həm rus, həm də ingilis dilində düşünürəm.

- Sizi bəyənən kişilərin sayı-hesabı yoxdur. Bu baxımdan bilmək istərdim ki, kişi cəlb etmək üçün hansı cəhətlərinizdən istifadə edirsiniz?

- Mən hesab edirəm ki, qadın gərək həmişə sirr olaraq qalsın. Kişi təbiətən yırtıcıdır, ilk addımı məhz o atmalıdır. Qadın nə bacardığı və nəyə qadir olduğunu açıq şəkildə nümayiş etdirəndə öz marağını itirir. Kişi və qadın münasibətləri - əsl qadının öz hiyləgərliyini nümayiş etdirərək özünə maraq oyatmağa çalışdığı incə oyundur. Kişi sizi əldə etmək üçün öz enerjisini, gücünü sərf etməlidir ki, o, uzunmüddətli münasibətlər yaratmaqda maraqlı olsun.

- Bəs ideal kişi necə olmalıdır?

- Ziyalı, savadlı və güclü yumor hissinə malik olmalıdır.

- Bu ilki futbol üzrə dünya çempionatında hansı ölkəyə azarkeşlik edirdiniz?

- Rusam, öz milli komandamızını hər zaman dəstəkləyirəm, amma Portiqaliyaya da azarkeşlik edirdim.

- Analıq məsələlərinə gələk. Planda bu yaxınlarda ana olmaq varmı?

- Ailə dəyərləri həyatda mənim üçün çox əhəmiyyətlidir. Yeri gəlmişkən, bacım təxminən bir həftə əvvəl ana oldu ə böyük sevinc doğurdu. Mənə gəldikdə isə başım karyerama qarışıb, noyabrda harada olacağımı heç bilmirəm. Mənim faktiki olaraq evim də yoxdur, daim harasa uçuram. Nənəm buna görə daim kədərlənir: “Artıq 28 yaşın var! Sən tezliklə qocalacaqsan, amma sənin hələdə uşağın yoxdur!” Amerikada isə, mən bu barədə söhbətlər eşitmirəm, hələ çox gənc olduğumu deyirlər. Fərqli mentalitet bu məsələdə özünü göstərdiyi üçün münasibətlər də müxtəlifdir. Bir şeyi deyə bilərəm: uşaqlar dəqiq olacaq! Amma nə vaxt olacağını deyə bilmərəm.

- Ulduz statusu sizə həyatınızı göz önündə yaşamağa məcbur edir. Bu sizə narahatlıq yaratmır ki?

- Mənim şəxsi həyatım - yalnız mənə aiddir, bunun üçün onu daim qoruyuram. Mən başa düşürəm ki, sosial şəbəkələrin yaranması həyatımızın hər an ictimailəşməsinə yol açır. Mən istəməzdim ki, mənim şəxsi həyatım və özəl şəkillərim internetdə yayılsın.

- Sizə həyatda ən yaxşı məsləhəti kim verib? Dərdinizi kimlə bölüşməkdən peşman olmamısınız?

- Mən bütün ən dəyərli məsləhətlərimi anam və nənələrimdən almışam. Onlar mənə heç vaxt əldə olunanla kifayətlənməməyi və özünə əmin olmağı öyrədiblər.

- Siz çox səyahət edirsiniz, harada olmağı sevirsiniz?

- İtaliya mənim çox xoşuma gəlir, Maldivə isə pərəstiş edirəm. Amma mən Nyu-Yorkda yaşamaq istəyirəm. Çünki orada möhtəşəm enerji axını və istiqanlı insanlar var. Son doqquz ildə mən daim səyahət edirəm. Ona görə də dil və mədəni maneələrin olmasına baxmayaraq, istənilən ölkədə özümü evdəki kimi hiss etməyə öyrənmişəm.

Amma rus mətbəxi, vineqret salatı, hisə verilmiş kolbasa və bütün dadlı yeməklərdən ötrü çox darıxıram! Nyu-Yorkda isə yemək dəhşətlidir, düzü orada yemək istəmirəm.

- Nyu-Yorkda dostlarınız çoxdur? Rəfiqələriniz arasında tanınmış modellər var? Siz kiminlə vaxt keçirirsiniz, kimləri ad gününüzə dəvət edəcəksiniz?

- Açığı ünsiyyətdə olduğum insanların sayı o qədər çox deyil, mənim rus dostlarım var. Brayton-Biçdə yerləşən rus mətbəxi əsasında xörəklər hazırlayan restoranlar var. Biz həmişə "Mari-Vanna" restoranına gedirik, çünki orada hər şey Moskvada olduğu kimidir. Mən dostlarımı tanınmışlar və tanınmamışlar kateqoriyasına ayırmıram. Əsas odur ki, o, yaxşı insan olsun. Mənim rəfiqələrimin əksəriyyəti tanınmış insanlar deyillər. Lakin mən onlarla çoxdan dostluq edirəm. Ad günümə gəldikdə isə yaxşı olardı ki, bunu heç mənim yadıma salmayasınız. Mən ad günümü keçirməyi sevmirəm və qeyd etmirəm. Amma əsl ruslar kimi hədiyyə almağı çox sevirəm. Özü də hədiyyənin nə və ya necə olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, o ürəklə hədiyyə edilib.

- Siz özünüz üçün ruslar və amerikalılar arasında hansı prinsipial mədəni fərqlər müəyyən etmisiniz?

- Onların arasında mədəni müxtəliflik var. Məsələn, rus kişiləri çox-çox diqqətli və nəzakətli olurlar. Onlar qadın üçün maşının qapısını açırlar, ona paltosunu verirlər. Nyu-Yorkda belə deyil!

- Bu il siz modeli kimi çox çəkilmisiniz və aktrisa kimi də təcrübə qazanmısınız. Yenə çəkilmək istəyərdiniz?

- Mənim filmdəki rolum çox kiçik idi. Lakin filmdə çəkilməyim aktyorlara qarşı münasibətimin tam dəyişməsinə kifayət etdi. İndi mən bu sənətin ağır olduğunu və necə böyük emosional təzyiq yaratdığını başa düşürəm. Çəkiliş meydançasındakı 300 nəfər sənə baxır. Təcrübə unudulmaz idi: bu başqa abı-hava idi, başgicəlləndirici geyimlər... Üstəlik, mənim çox yaxşı dostum və sevimli rejissorum Dueyn Conson bu filmi çəkirdi. Hazırda o, çox populyardır. Çəkilişlər əla və şən keçdi, yenə də çəkilmək istəyirəm.

Bizi gecə çəkirdilər,bir çox səhnələrdə mən ölü rolunu oynayırdım,mənə boğazımda deşik effekti verən qrim etmişdilər, çirkli saçlar, cırılmış paltar... Ssenariyə görə, mənə üçbaşlı canavar hücum etmişdi. Modellik işi üçün isə mən həmişə zərif və gözəl görünürəm. Səhər saat 5-də Budapeştdə hansısa çuxurda uzanmışdım və Bret yuxarıdan üzərimə qan tökürdü. Atmosfer nağıllardakı kimi fövqəladə idi!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR