Villa qiymətinə ətir - Foto
Bizi izləyin

Tabloid.az

Villa qiymətinə ətir - Foto

Rekordlar kitabına düşən ən bahalı ətir

Dünyanın ən bahalı ətirinin qiyməti sizcə nə qədər olar? 3 min dollar, bəlkə də 10 min dollar deyəcəksiniz. Bəs desək ki, bu ətirə verəcəyiniz pulla maşın, ev, hətta villa da ala bilərsiniz, onda necə?

Bəli, ingiltərəli ətriyyatçı Kliv Kristian “No.1” adlı ətrinə 228 min dollar qiymət qoyub. Ancaq bu ətrin xüsusi hazırlanmış versiyasıdır. Dünyanın ən bahalı ətirinin rekordlar kitabına düşməsinə səbəb ətrin özündən çox şüşəsinin məharətidir. Çünki ətrin şüşəsi 2 min sarı almaz və 24 karatlıq qızıl ilə bəzədilib. Şüşənin üzərində nadir tapılan çəhrayı almaz da yer alıb. Bu şüşə 1872-ci ildə kraliça Viktoriya üçün xüsusi olaraq hazırlanıb.

Londonun məşhur alış-veriş mərkəzi “Harrods”da açılan “Salon de Parfum” mağazasında satışda olan ətri 720 dollara da əldə etmək olar. Ancaq bu zaman ətir adi şüşədə təqdim olunacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm