• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Zülfiyyə Xanbabayev 47 yaşını qeyd edir – Fotolar, Video

Zülfiyyə Xanbabayev 47 yaşını qeyd edir – Fotolar, Video

Bu gün xalq artisti, sevilən sənətçi Zülfiyyə Xanbabayevanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, sənətçi 1967-ci il oktyabrın 16-da Bakıda dünyaya gəlib.

Uşaqlıqdan incəsənətə marağı olan Zülfiyyə babasını, nənəsini və qohumlarını bir yerə yığaraq onlar üçün kiçik “konsertlər” verib.

Z.Xanbabayeva 161 nömrəli məktəbdə oxuyub. Məktəbi çox xoşlamasa da, musiqini, ədəbiyyatı və biologiyanı sevib. Artıq o vaxtlar Əfsər Cavanşirovun xorunda oxuyub. İlk dəfə qəzetlər Zülfiyyə haqqında onun 12 yaşı olanda yazıblar. O zaman Z.Xanbabyeva dahi Üzeyir Hacıbəylinin ev muzeyində Füzulinin “Şəbi-Hicran” şeirini oxuyub. Məktəbdə təhsil aldığı zaman Cəfər Cabbarlının eyni adlı əsərində Sevil rolunu oynamaqla o, özünü aktrisa kimi də sınayıb.

Zülfiyyə anasından xalq mahnıları ifa etməyi öyrənib. Eyni zamanda, müasir rus estradasına, əsasən Alla Puqaçovanın, Sofiya Rotarunun yaradıcılığa böyük maraq göstərib. Həmin vaxtlar o, əmin idi ki, ya aktrisa, ya da müğənni olacaq. Atasının Zülfiyyəni Xarici Dillər İnstitutunun tələbəsi görmək arzusuna baxmayaraq, məktəbi bitirdikdən sonra Zülfiyyə İncəsənət İnstitutunun “Teatr rejissorluğu” fakültəsinə daxil olub. Məktəbdə oxuduğu vaxtlar arası onu fars, ingilis dilləri kursuna aparsa da onun bu sahəyə heç bir marağı yox idi. Z.Xanbabayeva İncəsənət İnstitutuna daxil olmaqla öz qarşısına qoyduğu məqsədə nail olub. İnstitutda oxuduğu dövrdə o, Mirzə İbrahimovun “Mahnı dağlarda gəzər” pyesində oynayıb və bir neçə tamaşa qurub. Zülfiyyə ilə bir kursda indi onun prodüseri olan Nigar Hacızadə oxuyub. Məhz o, 1987-ci ildə öz rəfiqəsini Brilliant Dadaşova ilə tanış edib. Brilliant ifaçını dinləmiş və onun səsindən məmnun qalıb. O, bəstəkar Cavanşir Quliyevə yeni addımlar atan müğənninin ifasına qulaq asmağı tövsiyə edib. Bəstəkar Zülfiyyəni istedadını layiqincə qiymətləndirib və onunla işləməyə başlayıb. Zülfiyyə 1989-ci ildə “Bakı Payızı-88” musabiqəsində iştirak edib və Vaqif Gərayzadənin “Səni xatırlayarkən” mahnısını ifa etməklə finala çıxıb.

1994-cü ildə xalq artisti Vaqif Gərayzadənin “Aypara” qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra Zülfiyyə solo karyerasına başlayıb.

2005-ci ildə “Canım məmləkətim” adı altında Azərbaycanın dilbər guşələrinə öz konsert proqramları ilə turneyə çıxıb. İndiyə kimi Zülfiyyənin 14 klipi və 5 albomu işıq üzü görüb. Z.Xanbabayeva 2003-cü ildə əməkdar, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Ailəlidir, Dəniz adında bir qızı var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR