Gözləri maviyə boyayırıq - Fotolar
Bizi izləyin

Tabloid.az

Gözləri maviyə boyayırıq - Fotolar

Podiumlara nəzər saldıqda görürük ki, 2014-2015 payız-qış mövsümünün ən çox vurğulanan makiyaj dəbi mavi gözlərdir.

Podiumlara nəzər saldıqda görürük ki, 2014-2015 payız-qış mövsümünün ən çox vurğulanan makiyaj dəbi mavi gözlərdir. Daha doğrusu gözləri mavi göz kölgələri və ya qələmləri ilə boyamaqdır. Daha çox 1990-cı illərin dəbini xatırladan bu tərz göz makiyajı xüsusilə ağ dərili qadınlar üçün idealdır.

İstəsəniz mavi rəngli göz kölgəsi ilə dumanlı göz makiyajı edə və ya gözlərinizə mavi qələmlə nazik bir xətt çəkə bilərsiniz. Burada seçimi siz özünüz etməlisiniz. Özünüzə yaraşan göz makiyajına qərar verməklə yanaşı, mavi rəngin doğru çalarını da tapmalısınız.

Bu mövsüm rənglərdə də seçim bolluğudur. Açıq mavidən, tünd göyə qədər istədiyiniz çaları seçə bilərsiniz.

Tabloid.az ilham ala bilməyiniz üçün ən yaxşı mavi göz makiyajlarını seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm