Dözülməz bel və boyun ağrılarından xilas olmağın yolları
Bizi izləyin

Tabloid.az

Dözülməz bel və boyun ağrılarından xilas olmağın yolları

Dözülməz bel və boyun ağrılarından xilas olmağın yolları

Bel və boyun ağrıları insanların gündəlik həyatına təsir göstərir. Müalicə edilmədikdə müxtəlif və daha ciddi problemlərə səbəb olur.

Yaş irəlilədikcə degenerativ onurğa xəstəlikləri olaraq bilinən bir qrup xəstəliklər meydana gəlir. Onurğada duz yığılması, oynaq xəstəlikləri sinirlərə təsir göstərir.

Bu cür xəstəliklərdə diz və baldırlarda müxtəlif oynaq problemləri yaranır. Bunun üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır:

Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bəzən mədə, dalaq, qara ciyər və öd kisəsi xəstələnərkən beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mədə fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı təsir göstərir, nəticə etibarilə bel ağrısının qarşısını alır.

Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmamasına xüsusilə fikir verməlidir. Bel ağrısı olanlar ispanaq yeməlidirlər. Limon şirəsi işlətmək bel ağrısını sakitləşdirir. Bu baxımdan halva da faydalıdır.

Boyun ağrısı zamanı boyunu aşağı, yuxarı, sağ və sol istiqamətlərdə masaj etmək məsləhətdir. Ağrını sakitləşdirmək üçün təzə kəklikotu yarpaqlarını xırdalayıb, ağzı örtülü qabda su əlavə etmədən bişirir, sonra onu isti-isti parçaya büküb, boyunun ağrıyan nahiyəsinə qoyurlar.

Onurğa sütununun sağlamlığını qorumaq üçün yuxarıda qeyd edildiyi kimi oturarkən, yol gedərkən beli düz saxlamalı, yumşaq, çökək olmayan və münasib yataqda yatmaq, müntəzəm hərəkət etmək lazımdır.

Onurğa ağrısı bir sıra hallarda, həzm orqanlarının işinin pozulması nəticəsində də baş verir. Belə hallarda, ilk növbədə bu orqanları müalicə etmək lazımdır. Onurğa sütunu ağrıları olan adamlara limon işlətmək məsləhət görülür. Bel fəqərələrini limon şirəsi ilə masaj etmək də bu baxımdan faydalıdır.

Bel və onurğada olan ağrılar bəzən də əsəbilik, əzələlərdə olan yorğunluq, gərginlik nəticəsində baş verir. Bu halda sarımsağı döyüb zeytun yağı ilə qarışdırır, sonra həmin yağla bel fəqərələrini masaj edirlər. Bu, yorğunluğu çıxarır və insana yeni qüvvə verir.

Ümumiyyətlə, beldə, onurğa fəqərələrində və oynaqlarda olan ağrılar zamanı ayı piyi ilə ağrıyan yerləri sürtmək və masaj etmək məsləhətdir. Düzgün həyat tərzinə fikir vermək, orqanizmə zərər verən vərdişlərdən uzaq olmaq vacibdir.

Yataraq televizoru izləmək olmaz. İstifadə etdiyiniz divan və ya kreslonun ortopedik olması lazımdır. Ağır əşyaları tək tərəfli daşımaq olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm