Məşhur müğənninin evləndikdən sonra ilk müsahibəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur müğənninin evləndikdən sonra ilk müsahibəsi - Fotolar

Gülbən Ərgənin evləndikdən sonra ilk müsahibəsi

Günümüzdə müğənnilər qeyri-adi həyat tərzləri ilə fərqli olduqlarını sübut etməyə çalışırlar. Ancaq elələri də var ki, bizə daha yaxındılar. Səhnədə ulduz kimi parıldasalar da, onlar da bizim kimi kədərlənir, ağlayır, evlənir, valideyn olur, xəyanətə uğrayır, boşanırlar.

Belə ulduzlardan biri də bu yaxınlarda Erhan Çeliklə ailə quran Gülbən Ərgəndir.

Daha öncə Mustafa Ərdoğanla olan evliliyindən 3 övlad sahibi olan 40 yaşlı Gülbənin yeni eşq yaşaması və evlənməsi hamını təəccübləndirdi.

Uzun müddətdir ki, Hülya Avşarla olan qovğaları, sellüliti, kökəlib-arıqlaması və boşanması ilə gündəmə gələn Gülbən bu dəfə evliliyi ilə diqqət mərkəzindədir.

Erhan Çeliklə sürpriz şəkildə ailə quran Gülbən toydan sonra artıq ilk müsahibəsini də verib.

“Şirin söhbət” layihəsi çərçivəsində həmin müsahibəni təqdim edirik:

- Əhval ruhiyyəniz necədir?

- Xoşbəxtəm.

- Sizcə insanın taleyi, qisməti ssenari kimi yazılır, yoxsa yaşadıqlarımız öz seçimlərimizdir?

- Alın yazısına inanıram, amma öz seçimlərimizlə bu yazını dəyişdirmək mümkündür. Bütün yaşadıqlarım öz seçimim olub. Kədər, xəyal qırıqlığı, xoşbəxtliyim – hamısını mən özüm seçmişəm.

- Həyatınızı dəyişdirən ən böyük hadisə nə olub?

- Karyeramda “Dadı” adlı serialda rol almağım, həyatımda isə Atlasın yanağını sinəmə qoyduğu an…

- Həm aktrisa, həm müğənni, həm də anasınız. Bu vəzifələrdən hansında daha bacarıqlısınız?

- Hər şeydən öncə anayam. Sonra övladam, gəlinəm, dostam, həyat yoldaşıyam, aparıcıyam, müğənniyəm, ev qadınıyam. Bütün vəzifələrimi ən yaxşı şəkildə icra etməyə çalışıram. Amma uşaqlar üçün bəzən işimi təxirə sala bilirəm. Onlardan dəyərli heç nə yoxdur.

- Əvvəllər qalmaqallarla gündəmə gəlirdiniz. Artıq bu vərdişinizi tərgitmisiniz deyəsən.

- Nə vaxtım var, nə də həvəsim. Arada bir görürəm ki, adımı hallandırırlar, ciddi qəbul etmirəm.

-Deyirlər ki, məşhurlardan dost olmaz. Sizin məşhur dostlarınız var?

- Ən yaxın dostlarım şou-biznes aləmindən deyil. Ancaq ürəyim istədiyi vaxt söhbətləşə bildiyim, əyləndiyim məşhur dostlarım var. Bir əlin barmaqları qədərdirlər.

- İnsan sərrafısınız, yoxsa hamıya inanan, güvənən bir insansınız?

- İnsanları yaxşı tanıya bildiyimi düşünürəm. Ancaq hər insana özünü tanıda bilməsi üçün fürsət verirəm.

- Eşq sizin üçün nə ifadə edir?

- Eşq sevgiyə gedən yolda keçilən bir körpüdür. Sevginin təməli daha möhkəm olur, ancaq həyəcan da itməməlidir. Sevgiyə daha çox dəyər verirəm.

- Üç oğul anası olmaq yorucudur?

- Çox yoruluram, özünü dağa-daşa vuran bir anayam. Əslində bir qızım olmasını çox istəyirəm. Amma ana olmaq bundan sonra çətindir.

- Gözəl qalmaq üçün nə edirsən?

- Mənim üçün daxili gözəllik daha önəmlidir. Səbirliyəm, dosta dəyər verməyi bacaran insanam. Xarici görünüş olaraq ən çox əllərimi və dişlərimi bəyənirəm. Həmişə ideal çəkimdən 3-5 kilo kök oluram, amma bunu kompleks eləmirəm.

- Estetik əməliyyat etdirərsiniz?

- Estetik müdaxilələrə qarşıyam, hamını bir-birinə oxşadırlar. Amma qırışları aradan qaldırmaq üçün etdirmək olar. Hələlik elə bir problemim yoxdur.

- Son günlər mətbuatda ən çox sizin evliliyinzlə bağlı xəbərlər yer alır. Buna münasibətiniz necədir?

- Yalan xəbər yazmadıqları halda heç bir problem yoxdur. Jurnalistlər işlərini görürlər, nə deyə bilərəm?

- Erhanda sizi cəlb edən nə idi? Hansı səbəbdən axtardığınız adamın o olduğuna qərar verdiniz?

- Kişidə nə axtardığımı deyil, həyatdan nə gözlədiyimi bilirəm artıq. Erhanın həyatın bütün fırtınalarına, çətinliklərinə rəğmən davam edən sevgisi və böyük ürəyi məni ona təslim olmağa məcbur etdi.

- Evliliyə necə qərar verdiniz?

- Evlilik həyat imtahanıdır. İki nəfərin tək olmaq sənətidir. “Mən”dən “biz”-ə keçməkdir. Təkcə bir gecənin deyil, bütün bir bir ömrün xəyalını qururuq. Biz ailə olmağı seçdik.

- Eşq həyatınızda hər şey yaxşıdır?

- Eşq həyatı yox, biz ona ailə həyatı deyək. Populyar müğənni olsam da, mənim də boynumda məsuliyyətlər var. Sevgili, flirt olmaq yerinə həyat yoldaşı olmağı, özümüzdən öncə övladlarımızı fikirləşməyi seçdik.

- Nikah mərasiminiz olduqca sadə idi. Buna ikiniz qərar vermişdiniz?

- Hə, ikimiz də sadə olmağını istədik.

- Nikahda sünbüllər və lavandalar diqqətimizi çəkdi. Əlinizdə gül dəstəsi yerinə sünbül tutmuşdunuz. Bunun xüsusi bir mənası var?

- İkimiz də sünbül (Qız bürcü) bürcündənik. Sünbül bərəkət deməkdir. Əlimdəki buket də sünbül və lavandalardan hazırlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm