Geyimləri ucuz göstərən detallar – Fotolar
Bizi izləyin

Tabloid.az

Geyimləri ucuz göstərən detallar – Fotolar

Qiymətindən asılı olmayaraq bütün geyimləri ucuz göstərən detallar var

Paltarlar alarkən nə qədər zövqlü seçimlər etsəniz də nəticələr istədiyiniz kimi olmaya bilər. Bəzən 100 manata aldığınız kofta 15 manatlıq kimi görünür. Çünki qiymətindən asılı olmayaraq, bütün geyimləri ucuz göstərən detallar var.

Tabloid.az sizin üçün həmin detalları araşdırıb:

Şıq və eleqant görünmək istəyirsinizsə, paltar alarkən bu kiçik detallara fikir verin!

1.

Paltarın şıq görünməsi üçün keyfiyyətli iplə, düzgün şəkildə tikilməsi çox önəmlidir. Tikiş yerləri bəlli olan, əzilib-büzülən geyimlər ucuz görünür. Həmçinin büzməli paltarlarla şıq görünmək çox çətindir. Modelyerlər bu tip geyimləri hamının bədən ölçüsünə uyğun olması və daha çox satılması üçün hazırlayırlar. Ona görə də büzməli geyimləri almamağa çalışın.

2.

Geyimləri ucuz göstərən detallardan biri də daş-qaş və muncuqlardır.

Bahalı firmaların geyimlərində bu bəzəklər əllə işlənilir. Ona görə də çox şıq görünür. Ancaq ucuz mağazalardan alış-veriş edirsinizsə, bu tip detalları olan paltarlar almayın.

Unutmayın ki, bu daş-qaş və muncuqlar bir müddət sonra töküləcək və o paltarı atmalı olacaqsınız.

Ona görə də sadə koftalar və bluzlar alıb onları şıq boyunbağı və digər aksessuarlarla kombinə edə bilərsiniz.

3.

Qara və göy rəngdə koftalar alırsınızsa, materialının pambıq olmamasına diqqət edin.

Çünki xüsusilə də toxunma koftalarda bu rənglər tez axıb gedir. Nəticədə geyimləriniz solğun və ucuz görünür. Deməli, toxunma koftalar alarkən bej tonlarına üstünlük vermək lazımdır.

4.

Əl işi gipür paltarlara bir dəfə toxunsanız, mağazalarda satılan ucuz gipürlü geyimlərdən üz döndərəcəksiniz. Gipür adətən gəlinliklərdə və bahalı ziyafət libaslarında istifadə olunan detaldır. Gündəlik həyatda gipürlü paltarlardan istifadə etmək məsləhətli deyil. Ancaq geyimdə şəffalığı sevirsinizə, bu tip modellərə müraciət edə bilərsiniz.

5.

Paltarı ucuz göstərən bir digər detal isə yanlış naxış seçimləridir. Kiçik, qarışıq, rəngarəng naxışlı geyimlər ucuz görünməyə məhkumdurlar. Naxışlı paltarlar xoşunuza gəlirsə, daha iri naxışların olduğu geyimlərə üstünlük verin. İlin trendi olan qaz ayağı naxışları isə şıq görünmək üçün idealdır.

6.

Əyninizə tam oturmayan, sizə böyük və ya balaca olan geyimlər də şıq olmaqdan uzaqdırlar. Əgər aldığınız paltar sizə böyük olursa, dərziyə gedərək bədəninizin ölçüsünə uyğunlaşdırın.

7.

Sökülmüş, düyməsi qopmuş geyimlərlə də şıq görünmək mümkün deyil. Ona görə də paltarlardakı kiçik qüsurları düzəltmədən evdən çıxmayın.

Ayaqqabıları ucuz göstərən detalları isə buradan oxuya bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm