Tabloid.az
Gözəl dəri üçün maska reseptləri
Dəriyə qulluq üçün məhsulları kosmetik məhsullar satan mağazalardan ala bilərsiniz. Dəri tipinizə uyğun dəriyə qulluq maskaları ilə daha sağlam, daha parlaq, daha canlı bir dəriyə qovuşa bilərsiniz. Lakin kosmetik sənayenin çıxardığı dəri baxım məhsulları qiymətləri sizə çox yüksək gəlirsə və ya tapa bilmək imkanınız yoxdursa, evdə özünüz də çox faydalı dəri baxım maskaları hazırlaya bilərsiniz.
Xiyar maskası:
Xiyar maskası ilə dərinizin daha canlı və daha sağlam görünməsini təmin edə bilərsiniz. Xiyar maskası hazırlamaq üçün qabıqlarını soyduğunuz yarım xiyarı pürə halına gələcək şəkildə mətbəx robotundan çəkib kasanın içinə qoyun. Üzərinə bir yemək qaşığı düyü unu, bir çay qaşığı alma sirkəsi əlavə edin və qarışdırın. Bu dəri maskasını üzünüzə və boyunuza çəkib, yarım saat gözləyin və ilıq su ilə yuyun. Həftədə bir dəfə etməklə bu maskanın qısa müddətdə faydasını görəcəksiniz.
Bal maskası:
Bal maskası ilə üzünüzdəki qırışları yox edə bilərsiniz. Bir kasanın içinə bir yemək qaşığı yulaf unu, bir qaşıq bal, bir qaşıq limon suyu töküb qarışdırın. Əldə etdiyiniz ballı qarışığı üzünüzə və boyunuza çəkib 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Bu qarışığın içinə istəsəniz bir çay qaşığı zeytun yağı əaləvə edərək dərinizin nəmlənməsi üçün zənginləşdirə bilərsiniz. Maska sonrası yağ nisbəti aşağı bir nəmləndirici krem çəkə bilərsiniz bilərsiniz.
Yumurta maskası:
Yumurta maskası ilə dəri ləkələrinin, günəşin zərərli şüalarına məruz qalmaqdan yaranan günəş ləkələrinin, sızanaqların yox olmasını təmin edə bilərsiniz. Bir kasanın içinə 2 ədəd yumurtanın yalnız ağını qırın. Üzərinə düyü unu tökün və qarışdırın. Sonra bu yumurtalı maskanı üzünüzə və əllərinizin üzərinə çəkərək, quruyana qədər saxlayın. Quruyan yumurtalı maskanı ilıq su ilə yuyub, üzünüzə və əllərinizə gül suyu çəkin.
Qatıq maskası
Qatıq maskası xüsusilə qarışıq dəri tipinə sahib insanlarda çox yaxşı nəticələr verməkdədir. Bir kasanın içinə bir yemək qaşığı yulaf unu, 1 yemək qaşığı qatıq, bir çay qaşığı zeytun yağı tökün və qarışdırıb bu yoqurtlu maskanı, üzünüzə, boynunuza, dekoltənizə çəkib quruyana qədər gözləyin. Maska quruduqdan sonra ilıq su ilə yuyun. Yoqurtlu maska xüsusilə günəş ləkələrini yox etməkdə çox təsirlidir.
Kök maskası
Kökün suyundan hazırlayacağınız maska, gün ərzində yorulmuş olan dərinizi yenidən canlandırmaq və daha sağlam görünməsini təmin etmək üçün çox təsirlidir. Bir kasanın içinə mətbəx robotundan keçirərək suyunu çıxardığınız bir kökün suyunu, bir yemək qaşığı limon suyunu və bir çay qaşığı susam yağını, bir yemək qaşığı yulaf ununu töküb qarışdırın. Bu maskanı üzünüzə sürtün və yarım saat gözləyib yuyun. Dərinizdəki bütün yorğunluq izlərinin yox olduğunu görəcəksiniz.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO