Tabloid.az
Dırnaqların saralmaması üçün nə etməli?
Dırnaq boyaları hər qadının sevimli kosmetik vasitəsidir. Havaların soyuması ilə birlikdə payız əhval ruhiyyəsinə uyğun olaraq daha tünd rənglərə meyl edirik. Dırnaq boyaları gözəlliyimiz və şıqlığımız üçün əvəz edilməz vasitələr olsalar da, təəssüf ki, sağlamlığımıza zərər verirlər.
Xüsusilə də uzun müddət tünd rəngli dırnaq boyasından istifadə etdikdə dırnaqlar saralır və tez-tez qırılmağa başlayır.
Tabloid.az sararmış dırnaqları əvvəlki vəziyyətinə qaytarmaq üçün bahalı kremlərdən belə təsirli olan üsulları təqdim edir:
Limonun gücü
Limon sararan dırnaqların ağarması üçün həm təbii, həm də təsirli vasitədir. Limonun tərkibindəki turşular dırnaqların ağarmasına kömək edir.
Bunun üçün ən asan üsul baramaqlarınızı ikiyə böldüyünüz limonun içərisinə qoyub 2-3 dəqiqə gözləməkdir.
İstəsəniz, bir stəkan ilıq suya bir neçə damcı limon suyu töküb 15 dəqiqə əllərinizi həmin suda saxlaya bilərsiniz.
Bir digər üsul isə 1 stəkan ilıq suya 10 damcı limon suyu və 1 çay qaşığı qapartma tozu töküb 2-3 dəqiqə barmaqları həmin suda saxlamaqdır.
Limon suyu ilə ağardıcı təsiri olan diş pastasını qarışdırıb dırnaqları fırçalamaq da təsirli üsuldur.
Bu üsulların hər biri tez və asan şəkildə dırnaqlarınızın gözəlliyinin geri qayıtmasına kömək edəcək.
Tabloid.az
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan