Aygün Kazımova bu gənclə əlaqəsindən danışdı - Foto
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova bu gənclə əlaqəsindən danışdı - Foto

Aygünün yeni sevgilisi kimi təqdim olunan gənc oğlanın adı Naiddir. 23 yaşı var və hələ ki, sevgilisi yoxdur...

Aygün Kazımovanın gənc bir oğlanla şəkli yayılıb. Əksər saytları oğlanı Aygün xanımın yeni sevgilisi kimi təqdim edib. Əslində isə jurnalistlər gördüyünü yozmamalı, əksinə araşdırmalı və düzgün informasiya yaymalıdır. Söhbət Aygün Kazımovanın əxlaqını və ya bəzi qatı fanatlar kimi yerli divanın qeyrətini çəkmək deyil.

Onsuz da Aygün Kazımova özü sevgililərini heç vaxt mediadan gizlətməyib. Tabloid.az-ın məlumatına görə, onların sirasında yerli şou nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlərdən tutmuş dövlət məmurlarına kimi olub. Hətta Samir Bağırovla da eşq yaşaması barədə xəbər olub. Nə isə...

Keçək xəbərə. Kiçik araşdırma nəticəsində bəlli oldu ki, Aygünün yeni sevgilisi kimi təqdim olunan gənc oğlanın adı Naiddir. 23 yaşı var və hələ ki, sevgilisi yoxdur... Hazırda Aygün xanımla birlikdə işləyir və foto iş prosesində çəkilib.

Aygün Kazımovanın məsələyə münasibətini öyrəndik. Diva gülərək xəbəri şayə adlandırdı və həmin oğlanla heç bir sevgi yaşamadığını bildirdi.

Aygün xanım xəbəri təkzib etsə də, dünya şou biznes divalarının bütün sevgililəri gənc oğlanlardır. Məsələn, 55 yaşlı Amerika musiqisinin divası, pop kraliçası Madonna özündən 28 yaş kiçik gənc oğlanla 2 il eşq yaşayıb. Hazırda o, müxtəlif gənc oğlanlarla görüşür.

Rusiya şou biznesinin primadonnası 65 yaşlı Allah Puqaçova isə özündə 27 yaş cavan Maksim Qalkinlə 2011-ci ildə ailə həyatı qurub. Çütlüyün hətta suraqat ana vasitəsilə övladları da dünyaya gəlib.

70 yaşlı Türkiyə şou biznesinin divası Ajda Pekkan isə özündən 24 yaş kiçik bəylə sevgi yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm