ANS-də yenə dəyişiklik olacaq – Eksklüziv
Bizi izləyin

Tabloid.az

ANS-də yenə dəyişiklik olacaq – Eksklüziv

Tabloid.az saytının əldə etdiyi məlumata görə ANS telekanalında vəzifə dəyişikliyi baş verəcək.

Tabloid.az saytının əldə etdiyi məlumata görə ANS telekanalında vəzifə dəyişikliyi baş verəcək. Belə ki, etibarlı mənbənin bildirdiyinə görə, 10 noyabrdan, yəni, gələn həftənin ilk iş günündən “Xəbərçi” proqramının 12:00, 15:00 və 18:00 buraxılışlarını Natəvan Babayeva və Qənirə Ataşova aparmayacaq.

Adıçəkilən proqramı bundan sonra “Şoubiz” verilişinin aparıcısı olan Xanım Yadigarlı və “İtibucaq” verilişinin aparıcısı Nəzrin Əhmədova təqdim edəcək.

Natavan Babayeva və Qənirə Ataşova isə yalnız “Xəbərçi” proqramının 21:00 buraxılışlarında efirə çıxacaqlar.

Adları çəkilən aparıcılar bir həftədən bir yerlərini digərləri ilə əvəz edərək efirə çıxacaqlar.

Onu da əlavə edək ki, məhz bu səbəbdən son bir aydır Xanım Yadigarlı və Nəzrin Əhmədova efirdən kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm