Tabloid.az
Bədəndə yaranan şişkinlik hansı xəstəliklərin əlamətidir?
Yaş fərqi olmadan bütün insanlarda ödəm, yəni bədəndə şişkinlik və su yığılması müşahidə oluna bilir. Ödəm toxumalar arasında bədəndəki mayenin artması nəticəsində yaranır.
Üz, göz, əl və ayaqlar başda olmaqla bədənin bir çox yerində ortaya çıxan şişkinliklər müxtəlif xəstəliklərin əlaməti ola bilər. Həkimlər bu kimi hallarda daha çox ürək, qaraciyər və böyrək çatışmazlığı problemindən şübhələnirlər.
İstifadə edilən dərmanlar və hamiləlik də ödəmin yaranmasına səbəb ola bilər.
Toxumaların arasında maye axınının tarazlığı pozulduqda, kapilyar damarlarda problem olduqda, virus və bakteriyalar səbəbindən, həmçinin zülal itkisinə səbəb olan xəstəliklər, duzdan çox istifadə etmək də ödəmlə nəticələnə bilər. Bu xəstəliklər zamanı qan dövranı azalır və böyrəklər su, həmçinin duz yığmağa başlayır.
Qadınlarda klimaks və mensturasiya zamanı estrojen hormonunun səviyyəsindəki dəyişikliklər səbəbindən də şişkinlik yarana bilər.
Ödəmin müşahidə olunduğu bölgə onun hansı xəstəliyin əlaməti olduğuna işarə edir.
Məsələn, əgər xüsusilə də səhərlər, üz və gözlərdə şiş yaranırsa, deməli sizdə zülal əksikliyi var.
Ayaqlarda və qollarda müşahidə olunan şişkinliklər isə damarlarda olan problemlərdən qaynaqlanır. Ürək çatışmazlığı da ayaqlarda ödəm yaranması ilə nəticələnə bilər. Bu zaman hər iki ayaq şişir.
Şişkinlik bütün bədəndə də ola bilər. Bu daha çox hərəkətsizlik və gün ərzində çox oturmaqdan olur.
Gün ərzində uzun müddət ayaqüstə qalmaq da ayaqların şişməsinə səbəb ola bilər.
Ödəmli bölgənin görünüşü, dərinin qalınlığı, rəngi və s. də onun hansı xəstəliyin əlaməti ola biləcəyini göstərir. Məsələn, bədənə istilik verən, təkrarlanan və qızarıqlıq müşahidə olunan ödəm iltihablı ödəm sayılır.
Ard-arda bir neçə gün bədəninizdə ödəm və su yığıldığını görsəniz, mütləq həkimə müraciət etməlisiniz. Çünki həkim ödəmə səbəb olan xəstəliyi tapıb müalicə etməlidir. Heç bir səbəb olmadan yaranan ödəm zamanı isə qəbul edilən duz miqdarının azaldılması məsləhət olunur.
Duz istifadəsini mütləq azaltmaq lazımdır. Unutmayın ki, 1 qram duz bədəndə 200 ml mayenin yığılmasına səbəb olur.
Ödəmdən əziyyət çəkənlər ilk növbədə duzu azaltmalı, spirtli içkilərdən uzaq durmalı, hazır şəkildə satılan qidalardan və souslardan istifadə etməməlidirlər.
Həkim məsləhəti olmadan ödəm və sidikqovucu dərmanlardan istifadə etmək olmaz. Bunlar təbii mənşəli olsalar belə sağlamlığınız üçün zərərli ola bilərlər.
Tabloid.az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu