Qış aylarında immuniteti gücləndirməyin yolları
Bizi izləyin

Tabloid.az

Qış aylarında immuniteti gücləndirməyin yolları

Qış mövsümünü xəstələnmədən, sağlam şəkildə yaşamaq üçün immun sisteminizi gücləndirməliyik

Qış mövsümünü xəstələnmədən, sağlam şəkildə keçirmək üçün immunitetimizi gücləndirməliyik. Bunun üçün ən əlverişli üsul qış tərəvəzləri ilə qidalanmaqdır.

Qış xəstəliklərindən qorunmaq üçün tərkibində bol miqdarda A və C vitaminləri olan qidalar qəbul etmək əsas şərtdir. Bu baxımdan qış meyvələr vitaminlər baxımından olduqca zəngindir. Portağal, naringi, qreypfurt, kök, kivi, gülkələm, kələm, cəfəri, ispanaq yesəniz, qrip və soyuqdəymədən qoruna bilərsiniz.

Gündə 2-3 porsiya meyvə yeməlisiniz.

Tərəvəzdən hazırlanmış yeməklərə üstünlük vermək lazımdır. Çünki tərəvəzlər lif mənbəyidir. Davamlı olaraq lifli qidalarla qidalanmaq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, hüceyrələrin zərər görməsinin qarşısını alır, həmçinin xroniki xəstəliklərdən qorunmağınıza kömək edir.

Onu da qeyd edək ki, həm meyvələri, həm də tərəvəzləri çiy şəkildə yemək daha faydalıdır. Meyvələrin suyunu içməkdənsə, bütöv halda yeyin. Beləliklə, həmin meyvənin ehtiva etdiyi vitaminlərdən daha çox yararlanmış olacaqsınız.

Kərəviz: Tərkibindəki maddələr sayəsində antibiotik, həmçinin təzyiq aşağı salan funksiyası var. Sidikqovucu xüsusiyyəti var. 100 qram kərəviz 40 kalori edir, bu baxımdan kilo almaq istəməyənlər bol-bol yeyə bilərlər.

Kələm: Çiy kələm zəngin C vitamini qaynağıdır. Tərkibindəki histidin maddəsi isə sağlamlıq üçün çox faydalıdır. Ağ kələmin kalorisi çox az olduğu üçün pəhriz saxlayanlar üçün də ideal qidadır.

Ödəm qovucudur. Gündəlik olaraq istifadə edə bilərsiniz.

Brokkoli: C vitamini və beta karoten maddəsi baxımından zəngindir. Həmçinin kalsium və dəmir mənbəyidir.

Gül kələm: Tərkibində bol miqdarda C, E və B vitamini var. Təbii antioksidant hesab olunur.

İspanaq: Dəmir baxımından çox zəngindir. Tərkibində karoten, C vitamini və yod var. Buna görə də böyüməkdə olan uşaqlar və hamilələr üçün ideal qidadır.

Qış aylarında D vitamininə ehtiyacımız olur. Çünki günəşi az gördüyümüz üçün bədəndə D vitamini çatışmazlığı yaranır. Ona görə də bu fəsildə bol-bol balıq yemək lazımdır. Həftədə 2 dəfə balıq yemək ürək-damar sağlamlığı üçün vacibdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm