Mehmet Günsürün Bakıya gəlməsinə 3 gün qaldı - Fotolar
Bizi izləyin

Tabloid.az

Mehmet Günsürün Bakıya gəlməsinə 3 gün qaldı - Fotolar

“Möhtəşəm yüz il” serialının məşhur şahzadə Mustafası – Mehmet Günsürü Bakıya gələcəyi haqda xəbər vermişdik.

“Möhtəşəm yüz il” serialının məşhur şahzadə Mustafası – Mehmet Günsürü Bakıya gələcəyi haqda xəbər vermişdik.

Tabloid.az xəbər verir ki, aktyor noyabrın 17-də paytaxtımızın qonağı olacaq. O, rol aldığı “Unutursam Fısılda” filminin “Nizami” Kino Mərkəzindəki qala gecəsində iştirak edəcək.

Kinoteatrdan Tabloid.az-a bildiriblər ki, artıq tədbirə hazırlıqlar başa çatıb.

Heyət qonaqları qarşılamağa tam hazırdır.

Qeyd edək ki, Türkiyənin məhşur “Taff Pictures” studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan İrmakın lentə aldığı bu film qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı- aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.

Təqdimat mərasimində rejissor Çağan İrmak baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm