Bədəndə çıxan sızanaqlar hansı xəstəliklərin əlamətidir?
Bizi izləyin

Tabloid.az

Bədəndə çıxan sızanaqlar hansı xəstəliklərin əlamətidir?

Bəzi insanların sadəcə üzlərinə deyil, bədənlərinin müxtəlif nahiyələrinə də sıznaqlar çıxır. Bəs bunun səbəbi nədir?

Bəzi insanların sadəcə üzlərinə deyil, bədənlərinin müxtəlif nahiyələrinə də sızanaqlar çıxır.

Çinin ən qədim yazılı mənbələrindən biri “Ayurvedik”ləri araşdıran alimlər çox dəyərli məlumatlar əldə ediblər. Bu mətnlərdə yer alan bilgilər bizə sızanaqlar vasitəsilə orqanizmin hansı xəstəliklərlə mübarizə apardığını bilməyin mümkün olduğunu deyir. Elmi araşırmalar da sübut edib ki, sızanağın çıxdığı bölgəyə görə insanda hansı xəstəliklərin olduğunu bilmək mümkündür.

Yuxarıdakı fotoda bədənin müxtəlif bölgələri rəqəmlərlə işarələnib. Tabloid.az-ın təqdim etdiyi bu xəritə vasitəsilə ilə siz də xəstəliklərinizi aşkar edə bilərsiniz.

1. Boyun nahiyəsi - Hormonlar

Çənə və boyunda çıxan sızanaqlar böyrəküstü vəzilərin həddindən artıq işlədiyini göstərir. Bu o deməkdir ki, orqanizmdə hormon pozğunluqları var. Həmçinin çoxlu şəkərli qida yedikdə və stressli həyat tərzi keçirdikdə də boyunda sızanaqlar əmələ gəlir.

Bundan əlavə köynəklərin yaxalarının tez-tez boyuna dəyməsi və yağlı saçlar da boyunda sızanaqların əmələ gəlməsinin səbəbi ola bilər.

2 və 3. Çiyinlər - Stress

Çiyinlərdə müşahidə olunan sızanaqlar həddən artıq stressli olduğunuzu göstərir. Çiyindən asılan çantalar da bu bölgədə sızanaqların yaranmasına səbəb ola bilir.

4. Döş – Həzm sistemi

Polyester materialından hazırlanmış büstqalterlər geyinmək bu bölgədə sızanaqların çıxması ilə nəticələnir.

Həmçinin yaxşı qidalanmamaq, həddən artıq yağlı, ədviyyatlı yeməklər yemək, soyuq su içmək də sızanağın çıxmasına səbəbi ola bilər. Çünki yuxarıda sadaladığımız səbəblərdən həzm sistemində problemlər yaranır bu isə döşlərdə sızanaqların yaranmasına gətirib çıxarır.

5 və 6. Qollar - Vitamin səviyyəsi

Əgər qol bölgəsindəki dəri qalınlaşıb pulcuq-pulcuq olubsa, bu "keratosis pilaris" adlı xəstəliyə yaxalandığınızı göstərir. Mütəxəssisə müraciət edin.

Həmçinin dərinizi ölü hüceyrələrdən təmizləmək üçün mütləq tərkibində salisilk turşusu olan nəmləndiricilərdən istifadə edin.

Ancaq sizdə bu xəstəlik yoxdursa və qol bölgəsində sadəcə 2-3 sızanaq çıxırsa, deməli hansısa vitaminlər çatışmır. Daha yaxşı qidalanmağa çalışın. Bol miqdarda meyvə və tərəvəz yeyin.

7. Qarın - Qan şəkəri səviyyəsi

Bu bölgədə çox az yağ vəzi var. Ona görə də qarında sızanaq çıxması çox nadir hallarda baş verir. Bunun əsas səbəbi isə həddən artıq dar paltarlar geyinmək və qan şəkəri səviyyəsinin yüksək olmasıdır.

9 və 10. Omba və ayaqlar - Allergiya

Ombalarda və ayaqlarda çıxan sızanaqlar adətən dərinin bədən losyonuna, duş gelinə, bədən kreminə və ya paltar dərmanına verdiyi reaksiyadır.

Ola bilər ki, dəriniz həssasdır və bəzi kremlərin, losyonların tərkibindəki maddələr sizdə allergiyaya səbəb olur.

Bəzən də tüklərin dəriyə batması nəticəsində dəri altında sızanaqlar əmələ gəlir. Bu kimi halların qarşısını almaq üçün tərkibində salisil və glikolik turşusu olan bədən şampunlarından və sızanaqların qarşısını alan bədən kremlərindən istifadə edin.

11 və 12. Kürək və bel - Sinir və həzm sistemi problemləri

Bu bölgələrdə tez-tez sızanaqlar çıxır. Bunun bir çox səbəbi var. Allergiya, həddən artıq tərləmək, idmanla məşğul olduqdan sonra yuyunmamaq, dar paltarlar geyinmək, saç və bədən üçün istifadə edilən təmizləyici vasitələrə qarşı həssaslıq və s. bu bölgələrdə sızanaqların çıxmasına səbəb ola bilir.

Bundan əlavə qızartma yeməklər, kalorisi çox olan qidalar da sızanağa səbəb ola bilər. 8 saatlıq yuxu rejiminə əməl etməmək də kürək və belinizdə sızanaq problem ilə üzləşmənizə gətirib çıxara bilər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm