“Rəmişi indi yox, 7 il əvvəl zəhərləyiblər” - Açıqlama
Bizi izləyin

Tabloid.az

“Rəmişi indi yox, 7 il əvvəl zəhərləyiblər” - Açıqlama

Bu gün yerli mediaya işıq sürəti ilə bir xəbər yayıldı. “Rəmişi zəhərləyiblər!”. Bunu yazmayan-oxumayan qalmadı.

Bu gün yerli mediaya işıq sürəti ilə bir xəbər yayıldı. “Rəmişi zəhərləyiblər!”.

Tabloid.az xəbərin nə qədər həqiqətə uyğun olub-olmamasını öyrənmək məqsədilə xalq artistinin xanımı ilə əlaqə saxladı. Gülü xanım xəbəri təkzib etdi:

“Səhərdən tezdən zənglər gəlir. Mən elə söz deməmişəm. Rəmişin adından yalan yazmaq lazım deyil. Qoy tanınmayanlardan yazsınlar. Əslində belə hadisə olub, amma indi yox. 2007-ci ildə baş verib. Özlərinə reytinq toplamaq üçün Rəmişin adından istifadə edirlər. Rəmiş sağlamdır və hazırda “top” kimidir. 70 yaşı var, amma 40 yaşındakılardan güclüdür. Səhhətində heç bir problem yoxdur. Noyabrın 13-ü 70 yaşı tamam oldu. Anası rəhmətə getdiyi üçün təntənəli qeyd etmədik. Rəmiş sənətkardır. Onunla oyun oynamasınlar. Rəmişin belə reklama ehtiyacı yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm