Bütün kişilərin arzuladığı vəhşi mələk - Fotolar
Bizi izləyin

Tabloid.az

Bütün kişilərin arzuladığı vəhşi mələk - Fotolar

Ehtiraslı öpüşləri ilə kişilərin yuxularına haram qatan gözəl

Rəsm çəkmək, mahnı oxumaq, şeir yazmaq fitri qabiliyyətdir. İnsan sonradan xarizmatik olmur, o, dünyaya xarizmatik olaraq gəlir. Xarizma adətən kişilərə şamil edilsə də, qadınlar üçün də xarakterik xüsusiyyətdir.

Xarizması olan qadın dedikdə ağlıma ilk gələn adlardan biri uşaqlığımızın sevimlisi Natalia Oreyrodur. Dəlisov qadın obrazları, ən əsası dodağının üstündəki xalı onun xarizmasını müəyyənləşdirən xüsusiyyətlərdir. Əslən Uruqvaydan olan aktrisa Natalia Oreyro gözəlliyi ilə deyil, həm də yumor hissi ilə kişilərin qəlbini qazanmış, dünyanın ən seksual qadınıdır. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində, bu parlaq qadının Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edəcəyəm. Uruqvaylı vəhşi gözəl yeni müsahibəsində ailə münasibətləri, uşaqlar və əlbəttə ki, gözəllik sirlərindən danışıb.

Müsahibəyə keçməzdən əvvəl sizi Natalia Oreyronun tərcüməyi halı ilə tanış etmək istəyirəm:

Çılğın və səmimi, fədakar və romantik kinoaktrisa, müğənni, fotomodel və bir qədər dizaynerliklə məşğul olan Natalia Oreyro 1977-ci ildə mayın 19-da Uruqvayda sadə ailədə anadan olub. Ailəsi düz 20 dəfə bir yerdən, başqa yerə köçüb, hətta bir müddət İspaniyada da yaşayıblar. Uşaqlığı heç nə ilə seçilməyib, dəbdəbədən uzaq və sadə həyat yaşayıb. Amma çox istedadlı olması onu həmyaşıdlarından fərqləndirirdi.

Valideynlərinin gəliri az olsa da, çox xoşbəxt ailə olublar. Atası Karlos Alberto Oreyro satıcı, anası Mabel İqlesias gözəllik salonunda işləyib.

Ailəsi Natalianın çox gözəl simaya və gülüşə sahib olduğunu düşünərək onu 8 yaşından teatr kurslarına göndərirlər. Oreyro 4 il teatr təhsili aldıqdan sonra ailəsinin düşüncələrini təsdiqləyir və ilk reklam filminə çəkilir. O, hələ uşaq olarkən “Coca-Cola”, “Pepsi” və “Johnson & Johnson” kimi dünyaca məşhur markaların reklamlarında çəkilməyə başlayır. İndi isə Latın Amerikasının ən uğurlu aktrisalarından biridir. Onun uğurunu izah etmək çətindir. Bəlkə də uğuru istedadın yaydığı səmimiyyətdən, bəlkə də əməksevərliyindən və məsuliyyətdən doğur. İstənilən halda o, bu uğurlara layiqdir.

16 yaşı olanda ailəsindən ayrılaraq dünya ulduzu olmaq məqsədi ilə Uruqvaydan Argentinaya köçür və karyerasını burada davam etdirir. 1995-ci ildə “Dulce Ana” adlı serialda çəkilir. Bu serial ona xüsusi şöhrət gətirməsə də, gənc uruqvaylının karyerasında böyük dönüş yaradır. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onun Argentina və bir çox ölkədə tanınmasını təmin edən “Ricosy famosos” (1997) filmində Valeriya rolunu oynamışdı.

Наталья приехала в Россию с концертным туром

1999-cu ildə "Te Le Fe" kino studiyasının çəkdiyi “Vəhşi mələk” serialına dəvət alır. Onun baş rolu oynadığı Milaqros xarakteri dünyada da sevilir. Çoxları aktrisanı hələ də bu adla xatırlayır və hesab edirlər ki, Facundo Arono onun real nişanlısıdır. Məhz bu serial aktrisaya beynəlxalq səviyyədə şöhrət gətirir, musiqi yaradıcılığına olan marağı gücləndirir.

- Nataliya, “Vəhşi mələk” serialı Rusiyada kifayət qədər məşhurluq qazana bildi. Ona hətta indi də baxırlar. Mən əminəm ki, bu serial başqa ölkələrdə də çox sevilib. Bəs siz bu ampluadan çıxmaq və daha Milaqros obrazı ilə assosiasiya olunmamaq istəmirsiniz?

- Bu serialı mənim pərəstişkarlarımın çoxu yeniyetməlik yaşında izləyib. Bu yaşda baş verənləri unutmaq çətindir. Serialın bu qədər uğurlu alınması məni çox sevindirir. Çünki “Vəhşi mələk” serialı da yaradıcılığımın sanki "uşaqlıq" dövrü olub. Bu serialdan sonra mən bir çox filmə və seriallara çəkilmişəm, dramatik rollarım çox olub. Deyəsən, onlar Rusiyada göstərilməyib. Lakin məni burada hələ də “vəhşi mələk” kimi tanımaları əladır. (Gülür)

Наталья Орейро не обижается, что в нашей стране ее ассоциируют с сериалом

Yeri gəlmişkən məni başqa ölkələrdə daha çox dramatik rolların ifaçısı kimi tanıyırlar. Çəkildiyim seriallar isə o qədər də məşhur deyil. Məsələn, Fransada, Almaniyada və Avropanın digər ölkələrində məni Kann kino festivallarından tanıyırlar. Ümumiyyətlə, iki obraz yarada bilmişəm: həm dramatik, həm də komediya aktrisası kimi tanınmağım xoşuma gəlir.

- Siz hər zaman aktrisa olmaq istəmisiniz, yoxsa başqa peşə sahibi olmaq istəyərdiniz?

- 8 yaşından etibarən məktəb teatrlarında iştirak edirdim. Məktəbdə Xuliyo adında mükəmməl müəllimim var idi. Hər zaman onunla məşq edirdim. Valideynlərim bunun əvvəlcə uşaq əyləncəsi olduğunu düşünürdülər. Amma 12-13 yaşıma çatanda onlar bunu keçici həvəs olmadığını və mənim peşəkar aktrisa olmaq istədiyimi başa düşdülər. Hətta aktrisadan başqa nəçi ola biləcəyimi təsəvvür edə bilmirəm...

- Məşhurluq şəxsi həyatınızı yaşamağa mane olmur ki? Vaxt qıtlığı ana statusunuza təsir göstərir?

- Karyera qurmaq və yaxşı ana olmaq çox çətindir. Əvvəllər qadınlar işləmirdilər, ev işləri və uşaqlarının tərbiyəsi ilə məşğul olurdular. Bu gün biz daha müstəqil və daha fəalıq, üstəlik, hər şeyə də yetişməliyik. İndi oğlum mənim üçün hər şeydən öndə dayanır. Hər yerə onunla birlikdə getməyə çalışıram. Moskvaya da birlikdə gəlmişik. Onunla istədiyim qədər vaxt keçirə bilmək üçün işlərimi azaltmışam. Vaxtımı ailəmə həsr edə bilmək üçün əlimdən gələni edirəm. Bir də axı mən sevdiyim işlə məşğulam. Oğlum anasının sevdiyi işlə məşğul olduğunu özü də görür. O, bunu hiss edir və mənə görə sevinir.

- Yaradıcı ailəniz var. Siz məşhur aktrisasınız, həyat yoldaşınız musiqiçidir. Bu oğlunuzun ixtisas seçiminə təsir göstərəcək?

Наталья Орейро и ее муж Рикардо Мольо

- Hər bir ana kimi oğlumun ilk növbədə xoşbəxt və müstəqil insan olmasını istəyirəm. Lakin o, musiqi alətlərinin əhatəsində yaşayır. Dünən mənə kanon hədiyyə etmişdilər, oğlum bütün günü onunla oynayıb. Amma o, əsl oğlandır, təkcə alətlərlə deyil, həm də maşınlarla oynayır. Hələ çox balaca olduğu üçün onun hansı peşəni seçəcəyi haqqında danışmaq çox tezdir. Ancaq onun musiqiçi olacağını da istisna etmirəm. Düşünürəm ki, mükəmməl florist ola bilər. Çünki biz şəhərdən uzaqda çox vaxt keçiririk, oğlum gül əkməyi və onlardan hansısa kompozisiyalar təşkil etməyi çox xoşlayır.

- Həyat yoldaşınız və siz çox gözəl cütlüksünüz. Sizcə, ailə xoşbəxtliyinin sirri nədədir, qadın harmoniyanı qorumaq üçün nə etməlidir?

- Birincisi, biz hər dəfə səfərlərdə bir-birimizi müşayiət edirik. İkincisi o, məni hər zaman dəstəkləyir. Bizim aramızda böyük yaş fərqi var. Məncə, yaş fərqi münasibətləri qorumağa müsbət təsir göstərir. O, həyatda öz yerini çoxdan tapıb, mən isə hələ axtarıram... Mənim ruh halım onun xoşuna gəlir. Ərim daha sakitdir, mən isə əksinə çox emosionalam.

- Sizcə, kişinin yaşca böyük olması yaxşı haldır?

- Əlbəttə, bütün cütlüklər üçün keçərli olduğunu deyə bilmərəm. Lakin mənim üçün belədir. Həyat yoldaşımın məndən böyük olması xoşuma gəlir. Bu, mənim üçün müzakirəsiz müsbət haldır.

- Bu yaxınlarda saç boyasının siması oldunuz. Növbəti sualım da bununla bağlıdır. Saçınızı nə vaxtdan bəri boyamağa başladınız? Saçları boyamağa yeniyetmə yaşlarından başlamaq olar?

Наталья рассказала, что начала красить волосы в раннем возрасте

- Anam gözəllik salonunda işlədiyi üçün saçımı çox erkən yaşlarda boyamağa başlamışam. Kiçik yaşlarından müxtəlif saç kəsimlərini eksperimentdən keçirirdim. Kim olmamışam ki? Kürən, əsmər, sarışın... Hətta mavi saçda da gəzmişəm. (Gülür) İndi saçım təbii rəngindən bir qədər tünddür. Təbii görünən və parıltılı saçları çox bəyənirəm.

- Saçınızla bağlı ən uğursuz kəsimi və ya rəngi xatırlaya bilərsiniz?

- Çəkildiyim bir film üçün saçımı qırxdırmalı oldum. Bəzi aktrisalara keçəl çox yaraşır, məndə isə sadəcə dəhşətli idi! Saçım çox dağınıq uzanırdı, mən palmaya oxşayırdım. Buna görə də daim papaqda gəzməli olurdum. Amma bu, çox rahat və əlverişli idi.

- Buna bir daha cəsarət edərdiniz?

- Rola görə tələb olunsa, niyə də yox?! Onlar onsuz da uzanacaq. Əgər yaxşı film təklifi gəlsə və rolum bunu tələb etsə, saçımı düşünmədən qurban verərəm.

- Natalia, siz möhtəşəm görünürsünüz. Necə qidalanırsınız? Bəlkə pəhriz saxlayırsınız?

- Mən vegeterianam və mikrobiotik qidalanma üsulu ilə qidalanıram. Ancaq təbii qidalar, çoxlu meyvə tərəvəz, yaşıl yarpaqlı bitkilər yeyirəm və özümü əla hiss edirəm. Əlbəttə ki, hərdən bir özünü sevindirməyə icazə verməlisən. Məsələn, mən şokoladdan heç vaxt imtina edə bilmirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm