Aysel Teymurzadə həyat yoldaşı ilə birgə Hacı Nurana baş çəkib - Foto
Bizi izləyin

Tabloid.az

Aysel Teymurzadə həyat yoldaşı ilə birgə Hacı Nurana baş çəkib - Foto

Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla həyat yoldaşı Aysel Teymurzadə Almaniyanın Düsseldorf şəhərində müalicə alan həmyerlimiz, teleaparıcı Hacı Nuran İbrahimova baş çəkiblər.

Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla həyat yoldaşı Aysel Teymurzadə Almaniyanın Düsseldorf şəhərində müalicə alan həmyerlimiz, teleaparıcı Hacı Nuran İbrahimova baş çəkiblər.

Tabloid.az xəbər verir ki, Hacı Nuran sosial şəbəkədə onlarla birgə çəkdirdiyi fotosunu paylaşıb. Həmçinin bu gün doğum günü olan Murad Adıgözəlovu təbrik edib. O, əlavə edib ki, foto ötən ay çəkilib.

Qeyd edək ki, Hacı Nuran Hüseynov limfaqranulematoz xəstəliyindən (ağciyər xərçəngi) müalicə olunur. Hazırda o, Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik”in onkologiya şöbəsində müalicə alır. Onun sağalması üçün uzunmüddətli və bahalı müalicə tələb olunur.

Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm