Xanımların gözəlliyini artıran dalğalı saç modelləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımların gözəlliyini artıran dalğalı saç modelləri - Fotolar

Təbii dalğalı saçlara necə sahib olmaq olar?

Təbii dalğalı saçlar üçün 2 seçiminiz var. Birincisi saç maşası istifadə etmək, ikincisi saç köpüyü sürtdükdən və ya vannadan çıxdıqdan sonra saçlarınızı istədiyiniz dalğaların böyüklüyünə görə hörmək. Saç maşası istifadə edərək saçlara buruqlar və dalğalara verməyi tövsiyə etmirəm. Çünki istiliklə çalışan saç maşası saçları zəiflədir və korlayır. Köpük istifadə etmək istəmirsinizsə, duşdan çıxdıqdan sonra saçlarınızı hörün, hörükləri saç qurudan fenlə qurudun və ya təbii şəkildə qurumağa buraxın.

Duşdan çıxdıqdan sonra artıq suyu dəsmalla hopdurun. Saçları yüngül nəmli halda hörün. Hörüklü saçlar dalğaları daha uzun müddət saxlayır. Duşdan sonra saçlarınıza sürtdüyünüz nəmləndirici varsa, bu mərhələdə yarım xörək qaşığı qədər istifadə edə bilərsiniz. Nəmləndirici sürtdükdən sonra geniş dişli daraqla saçlarınızı darayın. Artıq saçlarınız təbii dalğalı modelini etmək üçün hazırdır. İri dalğalı saç üçün böyük hörüklər, qıvrım saçlar üçün isə saçları az-az alaraq sıx və bir neçə hörük hörmək lazımdır. 4-5 böyük hörüklər saçlarınıza iri dalğalar verəcəkdir.

Hörükləri bitirdikdən sonra saç qurudan fenlər bir daha quruda və ya 1-2 saat qurumasını gözləyə bilərsiniz. Əgər hörükləri bir gecə saxlasanız, dalğalı saç modelini daha uzun müddət istifadə edə bilərsiniz.

Tabloid.az məşhur gözəllərin dalğalı saç modellərini toplayıb. Onlar arasında qısa, orta və uzun dalğalı saç modelləri yer alır. Dalğaların özü də bir neçə yerə bölünür: sıx, boş, saçların ucunda dayanan dalğalar. Fotolardan ilham alaraq saçınıza ən uyğun modeli özünüzdə tətbiq edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm