Dişləri fırçalamadan təmizləməyin yolları
Bizi izləyin

Tabloid.az

Dişləri fırçalamadan təmizləməyin yolları

Dişlərin sağlam olması üçün gündə 2 dəfə, səhər və axşam fırçalamaq əsas şərtdir.

Dişlərin sağlam olması üçün gündə 2 dəfə, səhər və axşam fırçalamaq əsas şərtdir. Ancaq günorta yeməklərindən və şirniyyat yedikdən sonra da dişləri fırçalamaq lazımdır. Əks təqdirdə, dişlərdə çürümə prosesi gedə bilər. Əfsus ki, ofis şəraitində və ya səyahətlər zamanı dişləri fırçalamaq çətindir. Bunların heç biri olmayanda isə sadəcə vaxt azlığından gün içində dişləri fırçalaya bilmirik.

Bəs onda dişlərimizin sağlam qalmasına necə nail ola bilərik?

Türkiyənin məşhur stomatoloqlarından olan Ali Çağın Yücel dişləri fırçalamadan, sadəcə qidalarla belə təmizləməyin mümkün olduğunu bildirib.

Həkimin sözlərinə görə, çeynəmə prosesi zamanı dişlər təmizlənir. Bərk və lifli qidalar dişləri təmizləmək üçün idealdır. Alma, kök yeyərək dilərimizin sağlamlığını qorumaq mümkündür.

"Saqqız ağız boşluğunun sulanmasına səbəb olduğu üçün dişlərin təmizlənməsinə kömək edir. Mütləq şəkərsiz saqqız növlərinə üstünlük vermək lazımdır”.

Ali Çağın Yücel deyir ki, pendir də diş təmizləyən qidalardan biridir.

“Dişinizi fırçalaya bilmədiyiniz vaxtlarda pendir yeyə bilərsiniz. Ancaq hər dəfə diş fırçalamaq əvəzinə pendir yemək dişlərdə kariyesə səbəb ola bilər. Odur ki, çox məcbur qalmaqdıqca bu üsula əl atmamaq lazımdır”.

Stomatoloq valideynləri diş sağlamlığını qorumaq üçün uşaqlara gecə yatmadan öncə 1 fincan süd içirməli olduqlarını deyir.

“Süd kalsium mənbəyidir. Uşaqların qida rasionlarında süd və süd məhsullarının olması vacibdir. Gecə yatmadan öncə uşaqlara 1 fincan süd içirmək lazımdır. Bu onların diş sağlamlığını qorumaq üçün ən yaxşı üsuldur. Südə şəkər qatmamaq məsləhətdir”.

Həkim hamilə qadınların diş sağlamlığının təhlükədə olduğunu vurğulayır. O, qadınların xüsusilə də hamiləliyin ilk 4 həftəsində tərkibində bol miqdarda A və D vitaminləri, kalsium olan qidalar yemələrini tövsiyə edir.

“Konfet, şokolad, keks, xəmir yeməkləri, pudinq, qənd, mürəbbə, bal kimi qidalar dişlərin tez çürüməsinə səbəb olur.

Xüsusilə qəlyanaltı zamanı dişin çürüməsinə səbəb ola biləcək şəkərli qidalar əvəzinə lifli qidalara üstünlük vermək lazımdır. Xüsusilə də qatıq, alma kimi dişlərin dostu olan qidaları məsləhət görürəm”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm