• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mona Lizanın milliyyəti haqqında yeni iddia – Foto

Mona Lizanın milliyyəti haqqında yeni iddia – Foto

Son araşdırmalar göstərib ki, bütün dünyada məşhur olan Mona Liza Leonardo da Vinçinin İtalyaya qul olaraq gələn çinli anasının portretidir.

Sənət aləmini bir-birinə qatan bu iddianı Leonardo da Vinçinin həyatı haqqında uzun illər araşdrımalar aparan yazar ortaya atıb. Leonardo da Vinçi haqqında kitab da yazan Angelo Paratiko adlı yazar sənətçinin anasının çinli qul olduğuna əmindir.

“South China Morning” qəzetində yer alan xəbərə görə, dünyaca məşhur rəssamın anası Florensiyanın 30 km. yaxınlığında olan Vinçi qəsəbəsində məskunlaşıb və 1452-ci ildə Leonardonu dünyaya gətirib.

Angelo Paratiko o dövrdə qulların ailə həyatı qurmasının qadağan olduğunu vurğulayaraq Katerina ləqəbindən istifadə edən qadının Leonardonu dünyaya gətirdikdən sonra ortadan itdiyini bildirir.

İddiasını intibah dövrünə aid kilsə qeydlərində apardığı araşdırmalarla dəstəkləyən Angelo həmin dövrdə İtaliya və İspaniyada çoxlu sayda uzaq şərqdən gələn qulların yaşadığını qeyd edir.

Yazarın bu iddialarının doğru olub olmadığını öyrənməyin tək bir yolu var. O da Florensiyada dəfn edilən Da Vinçi və ailəsindən DNT nümunələrinin götürülməsidir.

Tarix boyu Leonardo Da Vinçi və onun sirri hələ də açılmayan “Mona Liza” əsəri haqqında çoxlu iddialar irəli sürülüb. Leonardo da Vinçinin əslən ərəb olduğunu deyənlər də olub.

Ziqmund Freyd 1910-cu ildə Mona Lizanın Da Vinçinin anasının portreti olduğunu, əsərin arxa planındakı görüntülərin isə Çinə aid mənzərə ola biləcəyini iddia edib.

2002-ci ildə isə məşhur rəssamın kökünün orta şərqdən gəldiyi ilə bağlı iddialar qalmaqala səbəb olmuşdu.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR