Belə yatmaq dərinin qocalma prosesini sürətləndirir
Bizi izləyin

Tabloid.az

Belə yatmaq dərinin qocalma prosesini sürətləndirir

Belə yatmaq dərinin qocalma prosesini sürətləndirir

Nizamsız yuxunun ümumi sağlamlığa mənfi təsir etdiyinə şübhə yoxdur. Estetik olaraq da üz qocalmasını və qocalmanın anatomik dəyişikliklərini sürətləndirdiyi, qırışların daha tez və sürətli ortaya çıxması da məlumdur. Tabloid.az Türkiyə mətbuatına istinadən Estetik, plastik cərrahiyyə mütəxəssisi Fəzilət Aksoyun yuxunun əhəmiyyəti haqqında verdiyi açıqlamasını təqdim edir:

O, daha cavan görünmək və gözəlliyin uzunömürlü olması üçün kifayət qədər, nizamlı və uyğun mövqedə yatmağın dəriyə qulluğun əlifbası kimi səciyyələndirib. Həkim dərini nəmləndirməyin, təmizlik və günəş şüalarından qorumağın sadəcə gözəllik üçün deyil, bütün orqanizmin sağlamlığına müsbət təsir göstərdiyini deyir.

Sağlamlığın və gözəlliyin bir-birindən ayrılmayan məfhum olduğunu vurğulayan Fəzilət Aksoy yetərli və nizamlı yuxu üçün yatma mövqeyinin də əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, yatma mövqeyinin yaşlaşma üzərindəki əhəmiyyətini belə izah edib.

Üz qocalmasını sürətləndirən amillər nələrdir?

Təcrübələrimiz xüsusilə, bərk yastıqda yatmağın yuxu zamanı intensiv şəkildə uzanma mövqeyinin istifadə edilməsinin qocalmada sürətləndirici təsiri olduğunu göstərir. Bir çox insanın illərlə yan tərəfə yatması o tərəfdə yaşlanma təsirlərinin daha intensiv şəkildə ortaya çıxdığını müşahidə etmişik. Bir insanın üz də daxil olmaqla, bütün bədənində tam bir simmetriyanın olmayacağı məlum məsələdir, ancaq yan yatışdakı natarazlıq bu asimmetriyaya daha bariz bir nümunə kimi göstərilə bilər. Yenə bəzi insanlarda, yan yatış vərdişindən asılı olaraq yuxu cizgiləri adlandırılan əlavə qırışların da ortaya çıxdığını unutmamaq lazımdır. Erkən yaşlarda bunun qarşısını almaq istəyirsinizsə, bunu nəzərə alın.

Nə etmək lazımdır?

Yuxu zamanı üzünüzə nə qədər az təzyiq olsa, bir o qədər yaxşıdır. Ancaq boyun və onurğa sağlamlığı baxımından çox yumşaq yastıqların zərərli olduğunu da unutmayın. Yuxu zamanı müvafiq onurğa mövqeyini təmin edəcək şəkildə, yumşaq yastıq seçilməlidir. Yan yatış mövqeyindən mümkün qədər çəkinmək lazımdır. Yuxu zamanı yan yatış mövqeyinə nəzarət etmək qeyri-mümkün ola bilər, amma ən azından yuxuya gedən zaman arxası üstə mövqeyi seçsəniz, zamanla bu, bir vərdiş halını ala bilər.

Gənc qalmaq üçün nələrə diqqət edilməlidir?

Qocalmada təsirli olan hər şeyə nəzarət etməyimiz mümkün deyil. Genetik amillər, ekoloji amillər kimi nəzarət edə bilməyəcəyimiz bir çox amil var. Ancaq yuxu mövqeyi kimi, sadə nəzarət edəcəyimiz məqamlar var. Dərinin daim nəmli və təmiz qalması, günəş şüalarından qorunması bu işin əsas qaydasıdır. Nəm deyərkən yalnız nəmləndirici kosmetik vasitələrdən intensiv şəkildə istifadə etmək yada düşməməlidir. Digər orqanlar kimi dəri də suya ehtiyac duyur. Dərinin nəm balansının 90 faizi içdiyimiz su sayəsində öz ehtiyacını ödəyir. Su içmədikdə isə kənardan nə qədər nəmləndirici çəksəniz də, faydası olmur. Zahirən dəri nəmli görünsə də, alt təbəqələrində quru qalmış olur.

Bu səbəbdən yalnız gözəllik naminə deyil, sağlamlıq üçün gündə 8-10 stəkan (təqribən 2-2,5 litr) su içməyə laqeyd yanaşmayın. Çoxları çayı da bu hesab vurur. Lakin çay və qəhvə suyu əvəz etmir. Çay və qəhvə farmakoloji olaraq su atdırıcı (sidikqovan) təsirlidir və öz həcmləri qədərində maye itkisinə səbəb olurlar. Gündəlik həyatımızda lazım olan miqdarda su içməyi vərdiş halına gətirilməsi lazımdır. Eyni zamanda mütəmadi olaraq dəri tipinə uyğun nəmləndirici kremlərdən istifadə edərək dərinin nəm ehtiyacını tam şəkildə ödəyə bilərsiniz.

Dərinin təmizliyi ən mühüm amildir

Dərinin təmizliyi də nəmli olması qədər çox əhəmiyyətlidir. Bol ətirli, rəngli, ph dəyəri qeyri-müəyyən olan sabunlardansa, saf ağ sabun və ya peşəkar təmizləyicilər üz təmizliyi üçün daha uyğundur. Təmizlik yalnız gözlə görünən təmizlik mənasına gəlmir. Dəri səthində mütəmadi olaraq yığılıb qalan ölü dərilərin də təmizlənilməsi çox əhəmiyyətlidir. Dərini ölü hüceyrələrdən təmizləmək üçün pilinq etmək lazımdır. Evdə özünüzün pilinq maskası hazırlamağa vaxtınız yoxdursa, sizə ən yaxın kosmetika mağazasında hazır pilinq maskalarını rahatlıqla tapa bilərsiniz. Onu həftədə bir dəfə duş sonrası üzünüzə çəkərək yüngülcə masaj etməlisiniz. Pilinq üsulu dərini üzərindəki ölü dəri yükündən xilas edərək daha rahat nəfəs almasını təmin edəcək.

Dərini 4 mövsüm günəşdən qoruyun

Günəşin zərərli təsirləri xərçəng də daxil olmaqla dəriyə bir çox problemlər yarada bilər. Günəş şüalarına məruz qalan dəri daha tez quruyur, daha sürətli qırışır və dəri üzərində gözlə görüləcək qədər böyük və ya kiçik günəş ləkələri əmələ gəlir. Günəşin təsiri bir stəkanın damla-damla dolmasına oxşayır. İllərlə günəşin mənfi təsirlərini görməyə bilərsiniz, ancaq stəkan bir anda daşanda hər şey üzə çıxır. Dəriniz ona qulluq etmədiyiniz halda günəşin verdiyi zərərlərin öhdəsindən gələ bilməz. Dərini qorumağın yolu isə dəri tipinə uyğun ən yüksək qoruma faktorlu günəş kremi istifadə etməkdir. Sadəcə, yay fəsillərində deyil, dörd mövsüm günəş qoruyucu istifadə edilməlidir. Günəş qoruyucuların ümumi olaraq qoruma müddətləri 4-5 saatdır. Günəşli yay günündə səhər evdən çıxarkən çəkilən günəş qoruyucusunun günorta saatlarından sonra heç bir müdafiəsi qalmaz. Səmərəli qorunma üçün SPF tərkibli kremləri bir neçə saatdan bir çəkmək lazımdır. Son illərdə saatlarla təsirini davam etdirən qoruyucular da təqdim olunub. Gün ərzində tez-tez tətbiq etmək imkanı olmayanlar üçün bu cür qoruyucular yaxşı bir variant ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm