
“Türkvision-2013” beynəlxalq musiqi müsabiqəsinin qalibi Fərid Həsənov Gürcüstanın nüfuzlu mahnı müsabiqələrindən birində münsif olacaq. Tabloid.az xəbər verir ki, gənc ifaçı dekabrın 23-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Miss & Mister New Star” gözəllik müsabiqəsinin münsiflər heyətində yer alacaq. Fərid Həsənov müsabiqədə həm də xüsusi müğənni qonaq kimi çıxış edəcək.
Qeyd edək ki, “Tbilisi Art Holl”-da keçiriləcək tədbir “Rustavi 2” televiziyası ilə canlı yayımlanacaq.
Artıq 11 ildir keçirilən müsabiqəyə təşkilatçı Aqil Məmiyevin də qatılacağı bildirilir.