Qış ayları üçün iki möhtəşəm dodaq maskası
Bizi izləyin

Tabloid.az

Qış ayları üçün iki möhtəşəm dodaq maskası

Dodaqlarınızın cazibədarlığını və yumşaq teksturasını qorumaq üçün dodaq maskalarından istifadə edin!

Soyuq hava dodaqlara zərər verir. Ancaq bu o demək deyil ki, bu mövsümdə dodaqlarımızın gözəlliyinə kölgə düşəcək. Dodaqlarınızın cazibədarlığını və yumşaq teksturasını qorumaq üçün dodaq maskalarından istifadə edə bilərsiniz. Tabloid.az soyuqdan quruyan, çatlayan və nəm tarazlığı pozulan dodaq dərisi üçün asan hazırlanan iki maska reseptini təqdim edir:

Quruyub, çatlayan dodaqlar üçün maska:

Tərkibi:

2 damcı qreypfurt suyu

1 çay qaşığı bal

1 çay qaşığı şəkər tozu

Hazırlanması:

Bütün bunları qarışdırıb dodaqlarınıza çəkin. Bir neçə dəqiqə yavaş hərəkətlərlə masaj edin. Maskanı yuduqdan dərhal sonra hamar və yumşaq dodaqlara qovuşacaqsınız.

Nəmləndirən, qırışıqları aradan qaldıran maska:

Tərkibi:

Yarım pomidor

1 çay qaşığı bal

1 çay qaşığı qatıq

Hazırlanması:

Pomidorun suyunu çıxarın. Daha sonra üzərinə bal və qatığı əlavə edib hamısını qarışdırın.

Əldə etdiyiniz maskanı dodağa və dodaq ətrafına çəkin. 10-15 dəqiqə gözləyib yuyun. Bu maska sayəsində dodaqlarınız nəmlənəcək və dodaq ətrafınızdakı qırışlar aradan qalxacaq.

Bu maskanı pomidora allergiyası olanlar etməsin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm