Dişləri sıxmağın səbəbləri və nəticələri
Bizi izləyin

Tabloid.az

Dişləri sıxmağın səbəbləri və nəticələri

Dişləri sıxmağın səbəbləri

Türkiyəli mütəxəssis, diş həkimi Sevgen Eralp dişləri sıxmaq vərdişinin ağız quruluşunu pozduğunu bildirib. Tabloid.az türkiyəli mütəxəssisin dişlərin sıxmaqla bağlı açıqlamasını təqdim edir:

Çox qədim zamanlarda dişləri sıxmaq qəzəb əlaməti hesab olunurmuş. Dişləri sıxmaq elə indi də qəzəb əlamətidir. Səbirli olmaq lazım olan anlarda dişlərimizi bir-birinə sıxırıq. Biz hamımız həyatımızın müəyyən məqamlarında istəyərəkdən və ya istəməyərəkdən dişlərimizi sıxırıq. Lakin dişlərini sıxan insanların 60 faizi nə etdiyindən xəbərsiz olur.

Bəs niyə stressimizi dişlərdən çıxarırıq?

Təbii ki, bu, şüurlu şəkildə edilən davranış deyil. Psixoloji əlamətlərə görə insan bəyənmədiyi, narahat olduğu vəziyyətlərdə düşündüyü, lakin söyləyə bilmədiyi kəlmələrin acısını çənələrini sıxmaqla azaldırlar. Bundan başqa, ağız içi problemlər də diş sıxmağa və qıcamağa səbəb olur. Lakin ən önəmli səbəbi stressdir.

Gündüz fərqində olmadan dişlərimizi sıxanda yanaqlarda ağrı hiss edə bilərik. Ağrını hiss edən kimi dişləri sərbəst buraxıb boşaldırıq.

Gecələr isə dişləri sıxdığınızı (clenching), yoxsa qıcamağınızı (bruksizm) müəyyən edə bilməzsiniz. Diş sıxmaq və dişləri qıcamaq bir-birindən fərqlidir. Dişləri qıcadığınız eyni otaqda yatdığınız başqa bir adam tərəfindən müəyyən edilə bilər. Dişləri qıcamaq diş xəstəliyinin əlaməti olduğu üçün diş həkiminə müraciət etmək tövsiyə olunur. Həkim müayinəsi zamanı dişinizi qıcadığınız aydınlaşar.

Dişləri sıxmanın ya da qıcamanın psixoloji cəhətdən və səbrinizə hakim ola bilmək üçün sizə faydası ola bildiyini düşünə bilərsiniz. Lakin ağız, diş çənə quruluşuna, baş, boyun bölgəsinə verdiyi zərərləri saymaqla bitmir. Baş, boyun hissəsində, kürəkdə, çənə sümüklərində, qulaq önündə ağrıların bəziləri diş sıxma və ya diş qıcamaqdan dolayı yaranır. Hətta bu, miqrenin yaranmasına səbəb olan ən önəmli amillərdən biri sayılır.

Diş sıxma vərdiş halını alarsa, ağız quruluşunun pozulmasına və dişin aşınmasına, dişlərin qısalmasına səbəb olar. Diş boyları qısaldığı zaman insan çənəsini daha çox bağlayır. Bu zaman isə üz çox yaşlı görünür. Dişlərdəki aşınmalardan dolayı həssaslıq yaranır. Diş minalarında çatlaqlar və qırıqlar yaranır. Çox güc sərf olunduğu üçün hətta diş əti zərər görür. Diş əti ilə çənə sümüyü arasındakı əlaqənin zərər görməsi nəticəsində dişlərdə sallanmalar belə olur. Çənə oynaqlarının zərər gördüyü hallarda isə çənələrdə kilidlənmə, ağız açıqlığında azalma və ya ağzı açan zaman ağrı yarana bilər.

Bu tərz ağrılar yarandığı zaman xəstələr ilk olaraq burun, qulaq və boğaz həkiminə gedir. Bu orqanlarda aparılan müayinədən sonra heç birində problem olmadığı aşkar olunarsa, xəstəyə diş həkimə getmək tövsiyə olunur. Lakin siz yuxarıda sadalanan diş sıxma və diş qıcama problemindən əziyyət çəkirsinizsə, təcili olaraq həkim müayinəsindən keçməlisiniz. Çünki bu hallarda müalicə şərtdir. Qeyd edim ki, diş sıxma və diş qıcamaq ağız xəstəliklərindən biri hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm