Nigar Nuranın yalanını faktlarla ortaya çıxardı-QALMAQAL
Bizi izləyin

Tabloid.az

Nigar Nuranın yalanını faktlarla ortaya çıxardı-QALMAQAL

Ötən gün müğənni Nura Surinin klip təqdimatı mərasiminə gecikməsini vizajist Nigar İbrahimovanın günahı ucbatından olduğu haqda açıqlamasını vermişdik.

Publika.Az-ın məlumatına görə müğənni Nura Nigarı məsuliyyətsizliklə günahlandırmışdı. Qarşı tərəf cavabsız qalmayaraq, məsələyə faktlarla aydınlıq gətirib. Vizajist Nigar İbrahimova məsələ ilə bağlı deyir:

“Tam ağ yalandır. Elə bir şey yoxdur. Salonumun sağı və solunda 4 kamera var. Saat 13:05-də mən ona zəng vurdum. Mənə “vay, yatıb qalmışam” cavabını verdi. İkinci bir yalanı odur ki, işçim Nuranəyə guya zəng vurub. Nuranənin adından istifadə edir. Nuranənin telefonuna zəng gəlməyib. Sonra deyir ki, salonun qabağından keçmişəm, maşınımı görməyib. Tərs küçə olduğundan maşını orada saxlaya bilmərəm. Stilist Syama şahiddir ki, birinci o dedi ki, makyajı sən edərsən. Açıqlamasında birinci guya mənim dediyimi qeyd edib. O, mənə demişdi ki, saat 1-də orda olacam. Zəng vurmuşam, götürməyib. Mənim işçilərim var, necə ola bilər axı? Bir işçim belə görməyib. Nura deyib ki, mən gəldim, Nigar yerində yox idi. Özünün məsuliyyətsizliyinə görə təqdimetmə mərasiminə gəlmədin. Mən işlərimi kənara atıb, Nuraya xidmətə hazırlaşırdım. Saat 1-də gələcəm dedi, gəlmədi, danışıq budur.

Mən sizə fakt olaraq göstərim. Baxın telefona, 14:03-də zəng etmişəm. Halbuki, 13:00-da gəlməli idi. 13:36-da mən zəng etdim, götürmədi, təkrar qayıdıb mənə zəng vurdu. 5 dəqiqəyə mənim yanımda olacağını dedi, 5 dəqiqə 36 dəqiqəyə çevrildi. Mən içəridə onu gözləmişəm. Məsuliyyətsiz odur, yoxsa mən? Ağ yalan deyir, guya qızlar mənim salonda olmadığımı qeyd edib. Nura təzə salonumun harada olduğunu bilmir. Hələ mənə lazım olan aksesuarımı götürməyimi də istədi. Sizə həmin aksesuarları göstərirəm. Bu gün bir bacılıq edib brilliant aksesuarlarımı gətirmişdim. Nura xanımın geyiminə uyğun idi. Sözüm ilə əməlim düz gəlib.

Hətta bu gün mənim bacımın ad günüdür. Mən özəl gündə işlərimi kənara atıb onun üçün gəlmişdim. Mən işdə birinci günü heç kəsi qəbul etmirəm”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm