Lampadan düzəldilən maraqlı Yeni il oyuncaqları - Fotolar
Bizi izləyin

Tabloid.az

Lampadan düzəldilən maraqlı Yeni il oyuncaqları - Fotolar

Lampadan düzəldilən maraqlı Yeni il oyuncaqları - Fotolar

Yeni il hər ölkədə qeyd olunur. Bəzi ölkələr üçün dini əhəmiyyəti var, bəzi ölkələr üçün isə sadəcə köhnə ili geridə buraxmaq, gələn ili qarşılamaq deməkdir...

Yeni il şənliklərində ən çox gözə çarpan fərqlilik isə bəzəklər və oyuncaqladır. Hər iş yerində və evlərdə hər kəs özünəməxsus kiçik və ya böyük şam ağacı alaraq bayram gecəsinə hazırlıq görür. Bayram bəzəkləri arasında ən çox xərcimiz şam ağacına, işıqlara və oyuncaqlara gedir. Tabloid.az xəbər verir ki, şam ağacları üçün rəngli oyuncaqları evdə özünüz də hazırlaya bilərsiniz. Köhnə lampaları istifadə edərək xüsusi Yeni il işıqları əldə etmək mümkündür.

Bu proses üçün köhnə lampalara və müxtəlif rənglərdə zərlərə ehtiyacımız var. 5 fərqli və açıq rəngli zərlərə üstünlük vermək daha yaxşı olardı. Bu 5 fərqli zərlərin hər birini ayrı qabın içinə boşaldın. Bir qab sarı, bir qab yaşıl, bir qab mavi şəklində zərləri tökün. Ardından eyni ölçülərdə və ya fərqli ölçülərdə da ola bilər, köhnəlmiş, istifadə etmədiyiniz lampaların üzərinə hamısını örtəcək şəkildə yapışdırıcı sürtün. Hər yer tamamilə yapışqan bir hala gəlsin. Sadəcə lampaların ən altdakı incə tutma qismi qalsın. Bu hissəsinə isə zərli saplar yapışdırın.

Hər yeri yapışqan olan lampaların hər birini fərqli zər qabının içinə salın. Məsələn, bir lampanı tam sarıya, başqa lampanı yaşıla rəngləyin. Hər elektrik lampasını səliqə ilə qabın içinə salın və zərlərə bürüyün. Bu şəkildə hər elektrik lampası fərqli rəngə malik xüsusi işıq kimi parlayacaq. Sonda isə bu rəngli lampaları sanki işıq bəzəkləri kimi qapı və pəncərələrə, yaxud da şam ağacının ətrafına asa bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm