Dalğalı bob saçla gözəlliyinizi üzə çıxarın!
Bizi izləyin

Tabloid.az

Dalğalı bob saçla gözəlliyinizi üzə çıxarın!

Bu ilin ən trend saç modeli

Hər il bir saç modeli xanımların daha çox diqqətini cəlb edir. Bu ilin ən çox sevilən saçı da dalğalı bob kəsim oldu. Bir çox məşhur ulduz həm qırmızı xalıda, həm də gündəlik həyatda rahatlıqla istifadə edə bildikləri bu saç modeli ilə cazibədarlıqlarını vurğuladılar.

Bob saç kəsimi demək olar ki, hər üz quruluşuna yaraşır. Saçının nazik və həcmsiz olduğundan şikayət edənlər də rahatlıqla dalğalı bob saçlara müraciət edə bilərlər. Çünki dalğalı saç daha həcmli görünür. Həm də qısa saç daha az baxım tələb edir, üstəlik daha yaxşı qidalandığı üçün parlaq və sağlam olur.

2014-cü ildə dalğalı bob kəsimə üstünlük verən gözəllər arasında ən çox cazibədar aktrisa Cennifer Laurens diqqət çəkdi.

Emma Stoun, Karli Kloss, Teylor Svift, Beyons və Emma Roberts kimi məşhurlar da tez-tez bu saç üslubunda görünürlər.

Siz də göz qamaşdırmaq və ilin dəbi ilə ayaqlaşmaq istəyirsinizsə, dalğalı bob saçı sınaqdan keçirə bilərsiniz.

Tabloid.az dalğalı bob saçla gözəlliklərini daha da artıran məşhur ulduzları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm