Üsyankar tərzi sevən xanımların şalvar dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Üsyankar tərzi sevən xanımların şalvar dəbi - Fotolar

Üsyankar tərzi sevən xanımların şalvar dəbi

Paltarlarda roker tərzi populyar olmağa davam edir. “Rok Chic”, ya da "Biker Chic" olaraq tanınan stildə adətən dəri və dəridən ibarət parçalar, metal detallar, toqqalar və s. detallar önə çıxır. Küçə dəbinin yiyələndiyi bu əla bayker gödəkcələrinin cərəyanından sonra indi də bayker şalvarları yenidən gündəmdə gəlib. Məşhur bayker şalvarlar həm dəb nəhənglərinin, həm də digər markaların kolleksiyalarında yer alıb.

Bu şalvarlarda, ya da lasinlərdə diqqətçəkən detal dizdə yerləşir. Dizdən başqa fərqli nöqtələrdə dəri tikişlərdən ibarət detallar və ya zəncirbəndlər də istifadə edilir. Əksəriyyəti süni dəridən hazırlanan bayker şalvarlardakı tikiş detalları cinslərdə də qarşımıza çıxır.

Küçə dəbində bol-bol görülən və stil bloqqerləri tərəfindən tez-tez geyinilən bu model geyimlər üsyançı tərzini xoşlayanların şkafında yer almalıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm