Bu səhvlər dişləri çürüdür
Bizi izləyin

Tabloid.az

Bu səhvlər dişləri çürüdür

Bu səhvlər dişləri çürüdür

Dişlərin vaxtından əvvəl çürüməsinin ən əhəmiyyətli səbəblərindən biri də yanlış qidalanma vərdişləri və infeksiyalardır. Bəs uşaqların diş və ağız sağlamlığını necə qorumaq olar? Tabloid.az diş çürüməsinin qarşısını almağın yollarını təqdim edir:

Süd dişləri normal dişlərə nisbətdə daha çox üzvi maddə ilə zəngindir. Bu səbəbdən çürüməyə daha meyllidirlər, daha asan və sürətli çürüyərlər. Xalq arasında "butulka çürüyü" olaraq adlandırılan erkən dövr uşaqlıq çağı çürüklərinin ən əhəmiyyətli səbəbi yanlış qidalanma vərdişləri və infeksiyalardır. Diş çürüyünün qarşısını almaqda ən əsas və sadə tətbiqlərdən biri də diş səthini təmizləmək və diş fırçasından istifadə etmək vərdişinin olmasıdır. Cəmiyyətdə diş ipindən istifadənin geniş olmaması da diş çürüklərinə yol açır. Ailələr uşaqlarda diş çürüklərinə səbəb olan xətaların qarşısını ala bilərlər:

Karyiesin yaranmasına maneə ola bilərikmi?

Çürüyə tamamilə maneə törədə biləcək bir peyvənd ya da dərman hələ tapılmayıb. Ancaq, çürük sayını azaltmağa istiqamətli bəzi vasitələr indiki vaxtda istifadə edilməkdədir, bunlardan biri; "fissür örtüçü" dediyimiz vasitədir. Diş çürükləri adətən azı və kiçik azı dişlərinin, çeynənən səthlərində olan "fissur" adı verilən oyuqlarda başlayır. Bəhs etdiyimiz vasitə ilə oyuqların üzəri bağlanılır, bu da o bölgəyə mikrob, yemək artığının daxil olmasını əngəlləyir, beləliklə dişlərin çürüməsinin qarşısını almaq olar. Bu əməliyyat 6 yaşından etibarən çıxan qalıcı azı və kiçik azı dişlərinə də tətbiq oluna bilər. Çürüyə maneə törətmənin başqa bir yolu da dişlərin çürüyə qarşı müqavimətini artırmaqdır. Dişlərə səthi florür tətbiq olunması nəticəsində bu müqavimət qazandırılır.

Süd dişlərindəki çürüklər müalicə edilməlidirmi?

Müalicə edilməyən süd dişi çürükləri ağrıya, pis qoxuya, dişləmə çətinliyinə, bəslənmə pozuqluğuna və çirkin görünüşə gətirib çıxarar. Bu dövrdəki müalicə edilməyən diş pozuqluqları sonradan diş əyriliyinə də yol açır. Çənə inkişafında pozğuqluq və ümumi sağlamlıq problemlərinə (revmatizmdən ürək narahatlıqlarına qədər) səbəb ola bilər. Bu səbəbdən süd dişlərindəki çürüklər, "necə olsa yerinə yeniləri gələcək" səhvinə aldanılmadan müalicə edilməlidir.

Yatmazdan öncə butulkadan süd vermək

Xüsusilə gecə yatmazdan öncə butulkadan içilən südün uşağın yatmasını asanlaşdırdığı məlumdur. Bəzi ailələr qida dəyərini artırmaq, ya da uşağın sakitləşməsini asanlaşdırmaq məqsədi ilə südə bal, doşab və ya şəkər kimi şirin qidalar əlavə edirlər. 1 yaşından sonra isə içərisinə bir şey əlavə edilsə də, edilməsə də, gecə bəslənməsi uzun müddət davam etdirilərsə, “butulka çürüyü" adı verilən diş çürüklərinə səbəb olur.

Əmziyi bala, ya da mürəbbəyə batırmaq

Butulkadan verilən süd, yuxuya getdikdən sonra dişlərin üzərində toplanır. Yuxu zamanı tüpürcək ifrazatı da azaldığından dişlər təmizlənə bilmir. Nəticədə butulka çürüyü kimi tanınan sarı qəhvəyi rəngdə çürük tipinin yaranmasına səbəb olur. Unudulmamalıdır ki, içinə bal, doşab və ya şəkər qatılmasa da, süd təbii şəkər olan laktoza daşıdığından təkbaşına da çürük yaratmaq təsirinə malikdir. Bundan başqa, əmziyin bala, ya da mürəbbəyə batırılması da çürümələrə səbəb olur.

Diş həkiminin müayinəsini təxirə salmayın

Butulka səhvlərinin müalicəsi uşağın yaşının kiçik olması səbəbi ilə çətin olduğu üçün uşaq diş həkimi və ailələrin köməyi ilə həyata keçirilir. Adətən diş həkimi nəzarətində ana ya da atanın qucağında müalicə edilən uşaq qısa davam edən və mümkün qədər ağrısız keçirilən seanslarla sağlam dişlərə qovuşur. Çürüklər ağızda geniş yayılıbsa, uşağın müalicəsi ümumi anesteziya ilə həyata keçirilə bilər.

İnfeksiya inkişaf edibsə sinirlər də müalicə olunur. Çürüklər çoxaldıqca dişin çəkilməsi problem aradan qaldırılır. Başlanğıc səviyyəsindəki çürüklərə vaxtında müdaxilə olunması, qidalanmanın nəzarət altına alınması, səhv vərdişlərin dayandırılması bu xoşagəlməz prosesin qarşısını alır.

Diş fırçalama qaydasına əməl edin

Uşaqların dişlərini çürüməkdən qorumağın ən səmərəli üsulu dişlərin müntəzəm və düzgün şəkildə gündə ən az iki dəfə fırçalanmasıdır. Bundan başqa, çürüklərin inkişaf etməsinin qarşısını almaqda çox təsirli olan bəzi qoruyucu tədbirlər var. Gənc dişlər turşu hücumlarına qarşı da daha həssas olurlar. Bundan başqa, bu dişlərin quruluşu da yetkin dişlərlə müqayisədə fərqlənir. Bu səbəbdən dişləri yeni çıxan uşaqlarda diş çürüyü daha asan yaranır və yaranan çürük də daha sürətlə gedir.

Uşaqlar nə vaxtdan etibarən dişlərini fırçalamalıdır?

Körpə 6-8 aylıqkən, - yəni ilk dişlər ağızda göründüyündə təmizləmə əməliyyatı başlamalıdır. Səhər naharı sonrası və gecə yatmadan əvvəl dişləri (heç olmasa dişlək səthlərini) tənzifi isladaraq silmək, təmizləmək yerinə düşər.

Diş fırçası istifadəsinə isə uşağın arxa dişləri çıxandan sonra - təxminən 2,5 - 3 yaşında başlaması uyğundur.

Məktəbəqədər uşaqlarda diş fırçalama üçün bir metod tətbiq etmək çox çətindir. Bu yaşlarda əhəmiyyətli olan uşağa diş fırçalama vərdişi qazandırmaqdır. Uşaqlar diş fırçalayarkən çox vaxt dişlərin görünən ya da asan nəzərə çarpan üzlərini fırçalayırlar. Halbuki çürüklərin qarşısının alınması üçün dişlərin ara hissələrini və çeynəyici səthlərini daha yaxşı təmizləmək lazımdır. Bu səbəbdən uşaq dişlərini fırçalayanda sonra ata-ananın nəzarəti yaxşı olar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm