Güclü və seksual cazibəyə malik ziyafət libasları - Fotolar
Bizi izləyin

Tabloid.az

Güclü və seksual cazibəyə malik ziyafət libasları - Fotolar

Güclü və seksual cazibəyə malik ziyafət libasları - Fotolar

Zoğalı yeni ilin əsas rəngi olacaq. "Pantone Rəng" İnstitutu parlaq orxideyanın trend olduğu günlərin bitdiyini, yerini zoğalı tonlarının tutduğunu elan edib.

Odur ki, qırmızımtıl qəhvəyi, daha çox qaraya bənzəyən şərab qırmızısı tonları 2015-ci ilin əsas rəngi olacaq. Kifayət qədər güclü və seksual cazibəyə malik rəngin əsas üstünlüyü, demək olar ki, hər kəsə yaraşmasıdır. Həmin rənglərdə tikilən ziyafət libasları da çox zəngin və təmtəraqlı görünür.

Zoğalı rənginin qırmızımtıl-qəhvəyi tonları mürəkkəb və təbiilik ifadə edir.

Universal, cəlbedici, dəb və gözəllik rəngi olduğundan hər yerdə, hətta sənayedə, ev əşyalarında asanlıqla istifadə edilə bilər.

Bir çox dəri tonları ilə də uyğun gələn zoğalı qürur verici və gözəlliyi üzə çıxaran bir rəngdir. Belə ki, güclü və alovlu təsiri ilə dırnaqlara, yanaqlara, gözlərə, dodaq və saçlara heyranedici görünüş verir.

Zoğalı rəngi özəl gecələrdə, romantik axşam yeməyində ən çox üstünlük verilən klassik qırmızı libaslara nəinki bərabər tutulur, həm də ona cəlbedici alternativ olaraq göstərilir...

Hollivudun məşhur ulduzları da bu ən isti rəngin gücündən bəhrələniblər. Tabloid.az qırmızı xalıda zoğalı rəngli ziyafət libasları ilə diqqət çəkən obrazları seçib. Onlardan ilham alaraq siz də öz stilinizi yarada bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm