Yaşar “Ulduzlu gecə”sini təqdim etdi
Bizi izləyin

Tabloid.az

Yaşar “Ulduzlu gecə”sini təqdim etdi

Mahnının sözləri Baba Vəziroğluna, musiqisi isə Kamala aiddir.

Sevilən müğənni Yaşar Cəlilov son hitlərindən olan “Ulduzlu gecə” mahnısına klip çəkdirib. Ekran işi ötən gün tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib.

Musiqisi bir çox məşhur mahnıların bəstəkarı Kamala, sözləri tanınmış nəğməkar şair Baba Vəziroğluya məxsus olan “Ulduzlu gecə”yə rejissor Elmir Süleymanov quruluş verib. Klip mahnıya uyğun olaraq yaşanılmış bir sevgi hekayətini əks etdirir. Ekran işində Yaşarın tərəf müqabili model Yuliya Gracedir.

Çəkilişlər Novxanıda aparılıb. Klipin operatorluğunu da rejissor edib. Montaj üzərində Elnar Haşımov çalışıb. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, stilisti Elnur Həsənovdur.

Tabloid.az müğənninin yeni klipini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm