• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu bezlər vaginal axıntıya səbəb olur

Bu bezlər vaginal axıntıya səbəb olur

Uşaqlıq yolu divarında və ağzında yerləşən dodaqlardan maye ifraz olunur. Bu mayelər uşaqlıq yolunun nəmli qalmasını təmin edir. Normalda uşaqlıq yolunun rütubətli olmasının səbəbi budur. Uşaqlıq yolunun rütubətliliyi cinsiyyət üzvünün sağlamlıq durumunun yaxşı olmasının əlamətidir. Xəstə olmayan qadınlarda nəmlik olmalıdır. Amma bu axıntının normal səviyyədə, yoxsa xəstəlikdən dolayı yarandığının da ayırd edilməsi lazımdır. Bunu ayırd etmək üçün axıntının sağlam insanlarda necə olduğunu bilmək şərtdir. Bu insanlarda axıntı, bişməmiş yumurta ağı şəklindədir və bulanıq deyil. Hər hansı bir qoxuya səbəb olmur. Amma menstruasiya dövrlərində bəzi qadınlarda qoxunun olması normaldır. Həmçinin menstruasiya dövrünün 2-ci həftəsinin sonunda mayalanmanın asan hala gətirmək üçün bu axın tıbir qədər maye halına gəlir və tündləşir. Bu vəziyyət tamamilə fiziolojidir və normal hal kimi qəbul edilir.

Qadınların menstruasiya dövrlərində, həmçinin gündəlik istifadə etdikləri bezlərin vaginal axıntını artırdığı bildirilir.

Vaginal axıntı qadınların həyatları boyunca ən çox qarşılaşdığı problemlərdən biridir. Mütəxəssislər xəstəxanaların qadın-doğuş xidmətinə edilən müraciətlərdə bu problemin ilk sıralarda yer aldığını və istifadə edilən gündəlik bezlərin “axıntının daim davam etməsinə” yol açdığını qeyd ediblər.

Mayalanmanın çoxalması dövründə qadında estrogen hormonunun da təkan verdiyi vaginal disbakteriozun (uşaqlığın normal sağlam mikroflorasının pozulması) son dərəcə kövrək və dəyişkən bir sistem olduğunu bildirən ginekoloq Yasəmən Babar İlkit "Uşaqlıq yolu 37 dərəcə temperatura malikdir və qapalı bir mühitdir. Bu səbəbdən uşaqlıq yoluna daxil olan mikrobların da çoxalması üçün ideal bir şəraitdir" deyib.

Yasəmən Babar İlkit bu vəziyyətin aradan qalxması üçün uşaqlıq yolunun anatomik və fizioloji qoruma mexanizminin olduğunu qeyd edib. O, "tüklər və xarici dodaqlar uşaqlıq yoluna girişi bağlayan anatomik qoruma mexanizmidir. Amma uşaqlıq yolunun baş qoruma mexanizmi vaginal mikrofloradır", - deyə bildirib.

Vaginal disbakteriozu pozan bütün halların keçməyən inadkar axıntılara səbəb olduğunu ifadə edən İlkit bu halların hamiləlik, menstruasiya, klimaks dövrlərində ortaya çıxan problemlərdən biri olduğunu bildirib. Həmçinin həddən artıq şəxsi gigiyenaya tələb edən davranışların da axıntıya səbəb olduğunu deyib.

Gündəlik bezlər təbii maddəni əmir

Ginekoloq Yasəmən Babar İlkit hamiləlik dövründə göbələk infeksiyalarının çox tez inkişaf etdiyini bildirib. Ginekoloq vaginal disbakteriozu (uşaqlığın normal sağlam mikroflorasının pozulması) müalicə edən dərmanların hamiləlik dövründə vaginal axıntını azaltma ehtimalından da bəhs edib.

İlkit qadının menstruasiya dövrünün uşaqlıq yolunun sağlam mikroflorasını bərpa etdiyini də qeyd edib. Onun fikrincə, qan sağlam bir mühit yaradır və patogen mikroorqanizmlər bu dövrdə dəmirlə qidalanaraq çoxalır. Nəticədə qadınlar menstruasiya dövründən əvvəl də, ondan sonra da axıntının olmasından şikayət edirlər. Bunun səbəbi menstruasiyadan əvvəl bu bölgədə qanın artması və laktobakterilərin azalmasıdır. Çox xeyirli mikroorqanizmlər sayılan süd turşusu bakteriyaları və ya laktobakterilər süd turşusu və hidrogen peroksid hazırlayaraq uşaqlıq yolunda normal turşuluq səviyyəsini saxlayırlar. Qeyd edək ki, uşaqlıq yolunun normal turşuluq səviyyəsinin kəskin şəkildə dəyişməsi nəticəsində cinsi əlaqə zamanı buraya düşən spermatozoidlərin məhv olmasına səbəb olur. Nəticədə mayalanma, daha sonra isə hamiləlik baş vermir.

Bundan başqa, laktobakterilər qadın sağlamlığı üçün zərərli hesab olunan mikrobların böyüməsinin və çoxalmasının da qarşısını alırlar.

Uşaqlıq yolunun disbakteriozu (və ya bakterial vaginoz) zamanı laktobakterilərin miqdarı xeyli dərəcədə azalır ki, bunun da nəticəsində qadın orqanizmi üçün təhlükəli hesab edilən digər bakteriyalar aktiv şəkildə çoxalmağa başlayırlar. Belə hesab edilir ki, qadınların böyük bir hissəsi bu və ya digər dərəcədə bu xəstəliyə məruz qalırlar. Uşaqlıq yolunun disbakteriozu, çoxlarının düşündüyü kimi, heç də zərərsiz (və ya az zərərli) xəstəlik deyil. Disbakterioz zamanı mütəmadi artmağa başlayan patogen bakteriyalar, sonrakı dövrdə uşaqlıq yolunun (vaginit), uşaqlıq boynunun (servisit) və uşaqlığın iltihabını törədə bilər. Bundan başqa, xəstəliktörədici bakteriyalar uşaqlıq yolundan çox asanlıqla sidik ifrazı kanalına keçərək (uretrit), həmçinin sidik kisəsinin özünün (sistit) də iltihabina səbəb ola bilər.

Bəs, uşaqlıq yolunun disbakteriozu hansı əlamətlərlə üzə çıxır: cinsiyyət orqanlarında qaşınma və yandırma hissiyyatı, xeyli dərəcədə selikli (bəzən xoşagəlməz iyli) ifrazatın olması, cinsi əlaqə zamanı quruluq və xoşagəlməz hissiyyatlar və.s. Özündə uşaqlıq yolunun disbakteriozuna xas olan bu sadalanan əlamətlərdən heç olmasa birini hiss etmiş olan hər bir qadın tez bir zamanda həkimə müraciət etməlidir.

Sağlam mikroflora qadının ginekoloji sağlamlığının qorunmasında, onun ana olmaq qabiliyyətinin saxlanmasında çox vacib hesab edilir. Uşaqlıq yolunun sağlam mikroflorası qadının reproduktiv sistemini müdafiə edir, qadın cinsiyyət orqanlarının bir çox iltihabi xəstəliklərini törədən qorxulu mikroblardan, müxtəlif infeksiyalardan qoruyur.

Quru mühit daha çox axına səbəb olur

Şəxsi gigiyena şərtlərindən qaynaqlanan səbəblərin arasında uzun müddətli gündəlik bezlərin istifadəsi də axıntının yaranmasına gətirib çıxarır: "Vaginal disbakteriozu pozan ən əhəmiyyətli səbəblərdən biri həddindən artıq isti, yaş çimərlik geyimi və gündəlik nazik bezlərdən istifadədir. Gündəlik bezlər maye sorduqları üçün, uzun müddətli istifadəsi uşaqlıq yolundakı zəngin təbii maddəni davamlı əmərək uşaqlıq yolunda quru mühit yaradırlar və daha çox axıntı artımına səbəb olurlar".

Kadınlar bu pedlere dikkat

Satışda olan kosmetik məhsullar vaginal təmizlik üçün uyğundurmu?

Uşaqlıq yolunun disbakteriozunun əsas səbəblərindən biri də müvafiq tələbat olmadığı halda, qadınların tez-tez öz uşaqlıq yolunu sabun və digər gigiyenik məhlullarla yumasıdır. Uşaqlıq yolu özü-özünü təmizləyən orqan olduğu üçün uşaqlıq yolunun bu vasitələrlə yuyulması heç bir əhəmiyyət kəsb etmir və əksinə olaraq zərərli hesab edilir. Çünki bu zaman onun üçün həyati vacib olan bütün mikroflora məhv olur.Odur ki, həkimlər də bu məqsədlə mütəxəssis olaraq hər hansı məhsulu məsləhət görmürlər. Vaginal xaricini ilıq təmiz suyla yumaq kifayətdir. Sabun istifadə ediləcəksə ph-ı daha balanslı olan məhsullar istifadə edə bilərsiniz. Bir sıra şikayətlərdə də kosmetik məhsullar deyil, dərmanlarla müalicə etmək lazımdır. Bu mənada qadın xəstəlikləri və doğum mütəxəssisinə müraciət etmək lazımdır.

Məsələn, uşaqlıq yolunun iç qisminin menstruasiyadan sonra yuyulması olduqca yanlışdır. Uşaqlıq yolunun yalnız xarici hissəsi yuyulmalıdır. Bunun üçün ilıq suya üstünlük verilməlidir. Daha sonra bu bölgə qurulanmalıdır. Hamamdan, ya da dənizə girdikdən sonra yaş paltarda uzun müddət qalmaq təhlükəlidir. Başqaları tərəfindən istifadə edilən yerlərin təmiz olmasına diqqət edilməlidir.

Alt paltarları sintetik olmayan parçalardan seçilməlidir. Çox dar alt paltarları və ya şalvarlardan imtina edilməli, bütün gün kolqotkada qalmamalıdır. Çünki bu corablar uşaqlıq yolunda infeksiyanın yaranmasına zəmin hazırlayır. Qoxunun qarşısını almaq üçün vaginal bölgəyə ətir və ya dezodorant istifadə etmək qəti qadağandır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR