• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Çox funksiyalı kosmetik məhsullar - Fotolar

Çox funksiyalı kosmetik məhsullar - Fotolar

Kosmetik vasitələrin çoxu kifayət qədər baha qiymətə satılır. Üstəlik, onları alıb bəyənməmək, faydasını görməmək riski də var. Ona görə də bu tip məhsullar alarkən bir neçə yerdə istifadə edib edə bilməyəcəynizə diqqət edin. Çünki bəyənməyib bir kənara atmaqdansa, başqa bir məqsədlə də istifadə etməyinizin mümkün olması daha yaxşıdır. Kosmetik vasitələr istehsal edən şirkətlər də son illər bir neçə məqsədə xidmət edən məhsullar çıxartmağa can atırlar. Çünki belə məhsullar daha çox alıcı tapır. Bu həm vaxtdan, həm də puldan qənaət deməkdir.

Odur ki, alış-verişə çıxmadan öncə təqdim etdiyimiz yazıya göz gəzdirin. Tabloid.az hansı kosmetik məhsulların çoxfunksiyalı olduqlarını araşdırıb:

"Nuxe Huile Prodigieuse"

Bu yağ qadınların ən sevimli köməkçisinə çevrilib. Çünki bu məhsulda yağların bədəndə buraxdığı yapışqanlıq hissindən əsər əlamət yoxdur. İstifadədən sonra dəridə yağlı təbəqə yaratmır. Üz dərinizi və saçlarınızı gözəlləşdirmək üçün istifadə edə bilərsiniz. Bütün dəri tiplərinə uyğundur.

"Make Up For Ever Aqua Cream"

Bu rəngli kremin 22 rəng çaları var. 16 rəngi göz kölgəsi və ənlik, 6 rəngi isə dodaq boyası və ənlik kimi nəzərdə tutulub. Məhsulu barmaq uclarınızla və ya bir fırçanın köməkliyi ilə çəkə bilərsiniz.

"YSL Kiss and Blush"

Həm dodaqları, həm də yanaqları rəngləndirmək üçün ideal vasitədir. Dırnaq boyası tərzindəki qablaşdırma isə onu xanımların sevimli məhsuluna çevirir.

"Lush Ultrabalm"

“Lush”ın bütün məhsulları kimi bunun da tərkibi təbii inqrediyentlərdən ibarətdir. Bu balzam vasitəsilə quruyub çatlamış bütün bölgələri nəmləndirə bilərsiniz. Dodaq, dirsək və topuqlarda istifadə edə bilərsiniz. Xüsusilə də soyuq havalarda dərini, cildi qoruyur və yumşaldır.

"NARS Multiple Stick"

Dodaq, göz, yanaq və vücudunuzda istifadə edə biləcəyiniz bu məhsul təkbaşına makyaj çantanızın xilaskarı olmağa namizəddir.

"Essence" şəffaf tuş

Kirpiklərinizə həcm və uzunluq verməsinə baxmayaraq, olduqca təbii göstərən bu tuşla qaşlarınıza da forma verə bilərsiniz.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR